top
Svetoslav Petrov: Levski əsl komanda oyunu sərgiləyir Idman.biz
07 avqust 2025, 10:39
- ↺ +

Svetoslav Petrov: "Levski" əsl komanda oyunu sərgiləyir

"Neftçi"nin bolqarıstanlı sabiq yarımmüdafiəçisi Svetoslav Petrovun Futbolinfo.az-a müsahibəsi

– Əvvəlcə özünüz haqda danışardınız. Artıq neçə ildir ki, məşqçi kimi fəaliyyət göstərirsiniz…

– Bəli, hazırda Bolqarıstanın U-17 yığma komandasının məşqçisiyəm. Buna qədər Bolqarıstanın yüksək liqasında da məşqçilik etmişəm. Amma indi gənclərlə işləmək mənə daha xoş gəlir.

– Azərbaycandakı karyeranızı necə xatırlayırsınız? "Neftçi"də oynadığınız illər yaddaşınızda necə qalıb?

– Bakıda keçirdiyim illəri çox xoş hisslərlə xatırlayıram. "Neftçi"də özümü əla hiss edirdim. Keçən il "Qarabağ" Bolqarıstanda "Ludoqorets"lə oynayanda Zaur Tağızadə və Elçin Rəhimovla görüşməyə vaxt tapmışdım. Uzun zamandan sonra onları görmək mənim üçün xoş olmuşdu.

– "Neftçi"də 77 nömrəli formanı geyinirdiniz və daha çox cərimə zərbələrindən vurduğunuz qollarla xatırlanırsınız. "Ağ-qaralar"ın heyətində sizin üçün ən unudulmaz oyun və vurduğunuz qol hansı olub?

– Vurduğum bütün qollar mənim üçün çox önəmlidir və ayrı-ayrılıqda hər birini yaxşı xatırlayıram. Finalda qol vurub "Birlik Kuboku"nu qazananda çox sevinmişdim. Komandadakı hər kəsin və azarkeşlərin nə qədər xoşbəxt olduğunu görmək dəyərli hiss idi.

– Əfsuslar olsun ki, "Neftçi" uzun müddətdir adına layiq şəkildə çıxış edə bilmir. Son illərdə cəmi 1 çempionluğun əldə edilməsi də bunu təsdiqləyir. "Neftçi"nin yaşadığı uğursuzluqların səbəbini nədə görürsünüz?

– "Neftçi"nin niyə çempion ola bilmədiyinin səbəbini deyə bilmərəm, çünki komandada deyiləm. Amma digər tərəfdən Qurban Qurbanovun "Qarabağ"da gördüyü əla işi də nəzərə almaq lazımdır.

– Bu yay "Neftçi" xeyli sayda yeni transfer etdi. Azərbaycan çempionatının yeni mövsümündə "ağ-qaralar"dan hansı nəticəni gözləyirsiniz?

– Yeni futbolçuların gəlməsi dərhal çempionluq qazanılacağı demək deyil. Çempionluğa nail ola biləcək əla komanda formalaşdırmaq üçün çox lazımi məqamlar var.

– Konfrans Liqasındakı təmsilçilərimizdən olan "Sabah" turnirin 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Levski" klubu ilə qarşılaşacaq. Şansları necə dəyərləndirirsiniz?

– Hazırda "Levski" yaxşı oynayır, əla nəticələri var. Məncə, hər iki komanda güclüdür. Bu isə o deməkdir ki, bizi gözəl matçlar gözləyir.

– "Levski"nin güclü cəhətləri hansılardır? Bu komandanın heyətində ən təhlükəli futbolçu kimdir?

– Hazırkı "Levski"nin güclü cəhəti odur ki, əsl komanda oyunu sərgiləyirlər. Xüsusən hücum xəttində yaxşı oyunçuları var. Marin Petkov, Radoslav Kirilov və Everton Bala əla sürətə malik, birəbir oynamağı sevən, maraqlı futbolçulardır. "Levski"nin dayaq yarımmüdafiəçisi Georgi Kostadinovun oynamaması "Sabah" üçün üstünlük olacaq. Çünki o, "Levski"nin ən təcrübəli üzvlərindəndir.

– Bolqarıstan çempionatında çıxış edən, "Arda"nın formasını geyinən azərbaycanlı futbolçu Cəlal Hüseynov haqda nə deyə bilərsiniz? Sizcə, o, yaxın illərdə daha iddialı kluba keçə biləcək?

– Düzünə desəm, onun oyununu bəyənirəm. Düşünürəm ki, Cəlal yaxın zamanda daha ambisiyalı kluba keçmək üçün bütün lazımi keyfiyyətlərə sahibdir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:00

Klub rəhbərliyinə səsləndi: "Dinamo"nu çalışdırmağa Vernidubdan ideal namizəd yoxdur"

Futbol
Bu gün, 17:58

Sergi Yalçın Türkiyə milli yığmasının yeni baş məşqçisi təyin olundu və 4 illik müqavilə imzaladı

Basketbol
Bu gün, 17:55

"Sabah" basketbol komandası Mersinsporun kapitanı Orxan Aydın Hacıyevi transfer edib

Digər
Bu gün, 17:47

Famil Xəlilov: “Məqsədimiz Azərbaycanı layiqincə təmsil etməkdir”

Digər
Bu gün, 17:45

II Liqada 12 oyunun vaxtı bəlli oldu

Digər
Bu gün, 17:42

“Real” ikiillik boykotdan sonra “Qızıl top” mərasiminə qayıdır

Digər
Bu gün, 17:40

Lamin Yamal Londona şəxsi təyyarə ilə yollanacaq

Digər
Bu gün, 17:37

“Mançester Yunayted”in 746 gündür saçını kəsdirməyən azarkeşi: “Utanıram”

Futbol
Bu gün, 17:20

I Liqada 6-cı turun nəticələri

Futbol
Bu gün, 17:18

Portuqaliya millisində Ronaldunun qayıtması üçün sərt şərtlər tələb olunur

Digər
Bu gün, 17:10

Nazim Süleymanov U-15 dünya çempionatından gözləntilərini açıqladı

Futbol
Bu gün, 17:03

Şahdağ-Qusar yarımmüdafiəçisi Mahrab Baxşalı: Çempionluqdan irəli heç nə yoxdur

Futbol
Bu gün, 17:00

Şamaxı Şəfa'yı məğlub etdi: Oruc Məmmədov nəticələrin gözlənilmədiyini vurğuladı

Futbol
Bu gün, 16:55

Klopp, “El‑Klasiko”da Barcelona’yı dəstəkləyəcəyini açıqladı

Digər
Bu gün, 16:47

“Şəfa”da “Kəpəz”lə oyun öncəsi itki

Digər
Bu gün, 16:40

Kontenin “Mançester Yunayted”ə keçidi sual altındadır

Digər
Bu gün, 16:40

UEFA Fransa klubunu böyük məbləğdə cərimələyəcək

Digər
Bu gün, 16:31

“Mingəçevir”də dəyişiklik: investorlarla yollar ayrıldı, baş məşqçi də gedə bilər

Digər
Bu gün, 16:24

Florentino Peres “El-Klasiko”ya getməyəcək: “Real” və “Barselona” arasında gərginlik davam edir

Digər
Bu gün, 16:20

“Arsenal”da ciddi itki

Futbol
Bu gün, 16:02

Trent Aleksander‑Arnold Real'dan ayrılacaq? Liverpool onu geri almaq istəyir

Futbol
Bu gün, 16:00

Nigeriyalı futbolçu Favaz Abdullahi Azərbaycandan təklif aldı

Digər
Bu gün, 15:47

İlk dəfə təyyarəyə minənlər, küçə futbolundan DÇ-yə yüksələnlər: Bakıda U-15 mundialının duyğulu hekayələri - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 15:40

"Çelsi" və "Mançester Yunayted" "Komo"nun argentinalısını transfer etmək istəyir

Oxşar xəbərlər