top
Superliqa: Fənərbağçadan Antalyaspor ilə oyunda xal itkisi, digər heç-heçələr - YENİLƏNİB + VİDEO Idman.biz
01 mart 2026, 23:19
- ↺ +

Superliqa: "Fənərbağça"dan "Antalyaspor" ilə oyunda xal itkisi, digər heç-heçələr - YENİLƏNİB + VİDEO

Türkiyə Superliqasının 24-cü turu çərçivəsində keçirilən "Antalyaspor" - "Fənərbağça" matçı məhsuldar heç-heçə ilə başa çatıb. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, ardıcıl ikinci dəfə meydanı bərabərliklə tərk edən "sarı-lacivərdlilər" çempionluq yarışında ağır zərbə alıblar. Matçın ilk hissəsi meydan sahiblərinin üstünlüyü ilə keçib. Kerem Aktürkoğlunun ələ düşən fürsətləri dəyərləndirə bilmədiyi oyunda hesabı 43-cü dəqiqədəLevent Mercan açıb.

İkinci hissənin əvvəlində, 49-cu dəqiqədə Sander van de Streek "Antalyaspor"un üstünlüyünü iki topa çatdırıb. Lakin "Fənərbağça" xarakter nümayiş etdirərək geri dönməyi bacarıb. 63-cü dəqiqədə Sidiki Şerif İstanbul klubundakı ilk qolunu vuraraq fərqi minimuma endirib. Cəmi altı dəqiqə sonra Veysel Sarı topu öz qapısına göndərərək hesaba tarazlıq gətirib - 2:2.

Qalan dəqiqələrdə hər iki tərəfin cəhdlərinə baxmayaraq, hesab dəyişməyib. Bu nəticədən sonra "Fənərbağça" 54 xalla lider "Qalatasaray"dan dörd xal geri qalır. "Antalyaspor" isə xallarını 24-ə çatdıraraq 13-cü pillədə qərarlaşıb.

Paralel keçən oyunda "Samsunspor" - "Qaziantep" oyununda hesab açılmayıb.

Bu oyundan sonra ev sahibi komandan 32 xalla yeddinci pillədəki mövqeyini qoruyub. "Qaziantep" isə 29 xalla doqquzuncudur.

19:52

Türkiyə Superliqasının 24-cü turu çərçivəsində keçirilən "Gənclərbirliyi" - "Kayserispor" matçında qalib müəyyənləşməyib. "Eryaman" stadionunda baş tutan qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, bu nəticə hər iki klubun yeni baş məşqçiləri üçün əlamətdar olub. "Gənclərbirliyi"nin sükanı arxasında ikinci oyununa çıxan Levent Şahin paytaxt təmsilçisi ilə ilk xalını qazanıb. "Kayserispor"un yeni çalışdırıcısı Erlinq Moe isə Türkiyə çempionatındakı debüt matçında bir xalla kifayətlənib.

Gərgin keçən mübarizədə hər iki tərəfin fərqlənmək imkanları olsa da, qapıçılar və müdafiə xətti səhvsiz oynayıb. Bu bərabərlikdən sonra "Gənclərbirliyi" xallarını 24-ə yüksəldərək 12-ci pilləyə yüksəlib, "Kayserispor" isə 20 xalla 17-cidir.

Növbəti turda "Gənclərbirliyi" səfərdə "Alanyaspor"un qonağı olacaq. "Kayserispor" isə öz meydanında Fatih Tekkenin rəhbərlik etdiyi və turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan "Trabzonspor"u qəbul edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Oxşar xəbərlər