top
Superliqa: Beşiktaşdan Göztepeyə qarşı darmadağın qələbə - YENİLƏNİB + VİDEO Idman.biz
22 fevral 2026, 23:10
- ↺ +

Superliqa: "Beşiktaş"dan "Göztepe"yə qarşı darmadağın qələbə - YENİLƏNİB + VİDEO

Türkiyə Super Liqasının 23-cü turunda "Beşiktaş" doğma meydanda "Göztepe"ni qəbul edib. Görüş "ağ-qaralar"ın 4:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matça sürətli başlayan meydan sahibləri doqquzuncu dəqiqədə hesabı açıblar. Orkun Kökçünün künc zərbəsindən ötürməsini Ndidi baş zərbəsi ilə qola çevirib. 36-cı dəqiqədə sağ cinah müdafiəçisi Murillo uzaq məsafədən vurduğu möhtəşəm zərbə ilə fərqi ikiyə çatdırıb.

İkinci hissədə də üstünlüyünü davam etdirən "Beşiktaş" 59-cu dəqiqədə Olaitanla üçüncü qolu vurub. Qarşılaşmada son nöqtəni isə 74-cü dəqiqədə Oh qoyub. Onun cərimə meydançasının kənarından vurduğu dəqiq zərbə yekun hesabı müəyyənləşdirib.

Bu qələbə sayəsində xallarının sayını 43-ə çatdıran "Beşiktaş" İzmir təmsilçisini geridə qoyaraq dördüncü pilləyə yüksəlib. "Göztepe" isə 41 xalla beşinci olub.

Növbəti turda "Beşiktaş" səfərdə "Kocaelispor"un qonağı olacaq. "Göztəpə" isə öz meydanında "Eyüpspor"u qəbul edəcək.

Paralel keçən "Karagümrük" - "Samsunspor" oyununda hesab açılmayıb. "Karagümrük" 13 xalla turnir cədvəlində sonuncudur. "Samsunspor" isə 31 xalla yeddincidir.

19:38

Türkiyə Süperliqasının 23-cü turunda "Trabzonspor" səfərdə "Qaziantep"in qonağı olub. Qaziantep Böyükşəhər stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı geri dönüşü ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçın 22-ci dəqiqəsində Məhəmməd Bayonun qolu ilə hesabda geri düşən "Trabzonspor" vəziyyəti cəmi beş dəqiqə ərzində xeyrinə dəyişə bilib. 24-cü dəqiqədə Felipe Auqusto, 27-ci dəqiqədə isə Pol Onuaçu rəqib qapısına yol taparaq "fırtına"nı önə çıxarıblar.

Qarşılaşmanın qəhrəmanlarından biri isə "Trabzonspor"un son vaxtlar tənqid olunan qolkiperi Andre Onana olub. Kamerunlu əlcək sahibi matç boyunca doqquz dəfə seyv edərək komandasının qələbəsində böyük rol oynayıb.

Bu nəticə ilə xallarının sayını 48-ə yüksəldən "Trabzonspor" (üçüncü pillə) zirvə yarışındakı mövqeyini qoruyub. Son 10 oyunda cəmi bir dəfə qalib gələn "Qaziantep" isə 28 xalla doqquzuncu pillədə qalıb.

Növbəti turda "Trabzonspor" öz meydanında "Fatih Karagümrük"ü qəbul edəcək. "Qaziantep" isə "Samsunspor" səfərinə yollanacaq.

17:10

Türkiyə Süperliqasının 23-cü turu çərçivəsində autsayderlər zonasında mübarizə aparan "Kayserispor" öz meydanında "Antalyaspor"u qəbul edib.

İdman.Biz xəbər verir ki, uzun müddətdir qələbəyə həsrət qalan "Kayserispor"a üç xalı gətirən qolu matçın sonlarında, 89-cu dəqiqədə Talha Sarıarslan vurub. Qeyd edək ki, qarşılaşmanın 69-cu dəqiqəsində meydan sahiblərinin heyətində Laslo Beneş penalti zərbəsini dəqiq yerinə yetirə bilməyərək topu qapıdan kənar göndərib.

Bu nəticə ilə səkkiz oyunluq uğursuz seriyanı qıran "Kayserispor" xallarının sayını 19-a yüksəldərək turnir cədvəlinin alt sıralarından uzaqlaşmaq yolunda vacib addım atıb. "Antalyaspor" isə 23 xalda qalıb.

Növbəti turda "Kayserispor" səfərdə "Gənclərbirliyi"nin qonağı olacaq. "Antalyaspor" isə öz meydanında "Fənərbaxça"nı qəbul edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Oxşar xəbərlər