top
Süni ot, sərt külək, soyuq və aramsız yağış Qarabağa mane olacaqmı? İdman.biz
07 noyabr 2024, 14:34
- ↺ +

Süni ot, sərt külək, soyuq və aramsız yağış "Qarabağ"a mane olacaqmı?

Avrokubokların liqa mərhələsinin startı ərəfəsində "Opta" superkompüteri müəyyənləşdirmişdi ki, pley-offa çıxmaq istəyən komanda azı 9 xal qazanmalıdır. Yəni 3 qələbə və ya 2 qələbə və 3 heç-heçə kimi nəticələr ilk 24 komanda arasında yer almağa kifayət edə bilər.

İdman.biz xəbər verir ki, hesabında hələ xal olmayan "Qarabağ" üçün artıq "özünəgəlmək" zamanıdır.

Bu gün Norveçdə "Bodo-Qlimt"lə çətin qarşılaşmada uduzmamaq liqa mərhələsinin, necə deyərlər, ikinci dövrəsinə ümidlə baxmağa imkan verəcək.

Azərbaycan çempionu UEFA Avropa Liqasının ilk üç matçında oyun baxımından, demək olar ki, rəqiblərindən geri qalmayıb. Amma dəfələrlə qol imkanlarından yararlanmayıb, cəmi bir dəfə rəqib qapılarına yol tapıb. Üstəlik, komandamızın liqada qapısından ən çox top buraxan (8) iki komandadan biri olması da narahatlıq yaradır.

Düzdür, "Qarabağ" növbəti mərhələyə vəsiqə verən 24-cü yerdən cəmi üç xal geri qalır. Amma hər növbəti uğursuzluq komandanı hədəfdən uzaqlaşdırır…

Daha iki komanda - "Makkabi Təl-Əviv" və "Dinamo Kiyev" də xal üzünə həsrət qalsa da, top fərqinə görə sonuncu – 36-cı yerdə məhz "Qarabağ" qərarlaşıb. Bu da son illərdəki çıxışına görə alqışlar qazanan çempionumuza yaraşmayan nəticədir.

Tarixə nəzər salsaq görərik ki, bundan əvvəl "Qarabağ" iki dəfə Avropa Liqasında qrup mərhələsinə üç məğlubiyyətlə başlayıb. 2018-ci ildə uğursuz startdan sonra dördüncü oyunda Ukraynada "Vorskla"ya 1:0 hesabı ilə qalib gəlib, elə yekunda da qrupda bu üç xalla 4-cü olub.

2020-ci ildə pandemiya dövründə isə Bakıda heç oynamayan "Qarabağ"ın ardıcıl məğlubiyyətlərinin sayı hətta dörd oyuna çatıb, onda da qrupu bir xalla 4-cü yerdə bitirib.

Hazırda Norveç liqası UEFA-nın reytinqində Türkiyədən cəmi bir pillə aşağıda - 11-ci yerdədir, iki klubu da avrokuboklarda mübarizəni davam etdirir. Rəqib "Bodo-Qlimt" də bu liqada son dörd mövsümdə 3 dəfə çempion olmuş komandadır.

Norveçin nüfuzlu "Aftenposten" qəzetinin baş idman yazarı Erlend Nesje ilə söhbət zamanı qarşıdakı oyunu da müzakirə etdik. Norveçli jurnalist deyir: "Bodo-Qlimt" hələ də "Eliteserien"də liderlik edir, lakin ay yarım ərzində onlar ən yaxın izləyiciləri ilə aralarındakı 10 xal fərqini itiriblər və indi zirvədə "Brann"la eyni xala malikdirlər. Yaydakı kimi yaxşı formada deyillər və hücumçu mövqelərində zədələrlə mübarizə aparırlar. Əksər rəqiblərindən daha yaxşı oynasalar da, çoxlu qol imkanlarını əldən veriblər. Bununla belə, Avropa Liqasında iki qələbə və bir heç-heçə ilə işləri yaxşı gedir".

Amma norveçlilər "Qarabağ"a hörmətlə yanaşırlar: "Bodo-Qlimt" bilir ki, "Qarabağ" keçmişdə Norveç klublarına problem yaradıb. 2020-ci ildə Çempionlar Liqasının seçmə mərhələsində "Molde" kimi güclü komandanı məğlub etməyə yaxın olublar. Ötən mövsümdəsə "Molde"nin Avropa Liqasında irəliləmək arzusunu darmadağın ediblər.

"Bodo-Qlimt" Portuqaliyanın "Portu" və "Braqa" klublarını məğlub etsə də, yaxşı bilir ki, həmişə əzmkar mübarizə aparan "Qarabağ"ı qiymətləndirməmək olmaz".

Nesje maraqlı bir məqama da toxunub: "Norveç komandası Avropada süni ot örtüyündə oynamaq üstünlüyünə malikdir və ilk matçda evdə "Portu"ya 3:2 hesabı ilə qalib gəlib. "Bodo-Qlimt" Avropada uğura acdır və öz meydanında böyük üstünlük əldə etməyə çalışır. Süni ot, sərt külək, soyuq və aramsız yağış rəqiblərin çoxunu məyus edir".

Bu maneələr "Qarabağ"a qələbə qazanmaqda mane olacaqmı?

Rasim
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:21

Qalatasaray’da zədə şoku davam edir: Osimhen və Leao da yaralanıb

Futbol
Bu gün, 14:03

Lənkəranda ilk dəfə Qızlar U-12 Futbol Liqası başlandı

Futbol
Bu gün, 13:51

AFFA-nın milli futbolçuları üçün danışılmış oyunlarla mübarizə təlimi keçirildi

Futbol
Bu gün, 13:42

18 yaşlı Rus futbolçu Azərbaycan U-21-ə qoşuldu

Futbol
Bu gün, 13:40

David Silva 40 yaşında yenidən sahədə, ən yaxşı oyunçu seçildi

Digər
Bu gün, 13:35

Binə Atçılıq Mərkəzində "Zəfər Kuboku" uğrunda yorğa at yarışları keçirildi

Futbol
Bu gün, 13:24

Ferran Torresun Barselona klubuna geri dönmə ehtimalları gündəmdə

Futbol
Bu gün, 13:13

Bavariya■ Nın İdman Direktoru Keynin İngiltərə millisinə çağırılmasının faydalı olacağını bildirib

Futbol
Bu gün, 13:11

Can Naibov, Rusiya klubunun futbolçusu, Azərbaycan U-21 milli komandasının düşərgəsinə qoşuldu

Futbol
Bu gün, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Digər
Bu gün, 12:49

Prezident İlham Əliyev Xankəndidən Zəfər Günü münasibətilə xalqa müraciət edib

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Oxşar xəbərlər