top
Sumqayıtın yarımmüdafiəçisi Murata: Azərbaycanda ən çox qutabı sevirəm Idman.biz
16 dekabr 2025, 14:07
- ↺ +

"Sumqayıt"ın yarımmüdafiəçisi Murata: Azərbaycanda ən çox qutabı sevirəm

"Azərbaycan mətbəxi ilə aram yaxşıdır. Ən çox sevdiyim isə qutabdır (gülür)".

Bunu "Sumqayıt"ın yarımmüdafiəçisi Masaki Murata qol.az-a müsahibəsi zamanı deyib.

Həmin müsahibəni təqdim edirik.

- Oyunla bağlı nə deyə bilərsiniz?

- "Neftçi" güclü rəqibdir. Heyətlərində çox yaxşı futbolçular var. Onlara qarşı oyunlarımız həmişə çətin keçir. Düzünü demək lazımdır, ilk hissədə "Neftçi" üstün oynadı. Elə ikinci 45 dəqiqənin əvvəlində də pis deyildilər. Bunun da nəticəsində hesabı 2:0-a çatdırdılar. Biz isə matça yaxşı başlamadıq. Xüsusən də ilk 20 dəqiqədə zəif idik. Lakin sonradan toparlandıq. Hesabda geri olsaq da, məğlubiyyətdən qaçmağı bacardıq. Bu da sevindiricidir.

- "Neftçi" matça yeni baş məşqçi ilə çıxmışdı. Bu, "Sumqayıt"ın lehinə idi, yoxsa əleyhinə oldu?

- Bəli, bilirdik ki, rəqib yeni baş məşqçinin rəhbərliyi altında meydana çıxacaq. Bu da rəqib futbolçuların motivasiyasını artıracaq. Belə də oldu. Görüş hər nə qədər çətin olsa da, yekunda xal qazanmağı bacardıq.

- Matçın gedişində meydanda tez-tez gərginlik yaşanırdı. Hətta sona yaxın dava da düşdü. Bütün bunlar nədən irəli gəlirdi?

- Davanın səbəbini bilmirəm. Mən həmin vaxt əvəz olunmuşdum, meydanda deyildim. Ehtiyat oyunçular skamyasından isə konkret fikir bildirmək çətindir. Gördüyümə əsasən deyə bilərəm ki, bizim futbolçumuza qarşı kobudluq olmuşdu. Hər şey də bundan sonra başladı.

- Bu, sizin "Sumqayıt"a ikinci gəlişinizdir. Saşa İliçin komandası əvvəlki kollektivdən nə ilə fərqlənir?

- Hazırda yenidən "Sumqayıt"da olduğum üçün xoşbəxtəm. İşimizdən zövq alırıq. Hamı birlikdə komandanın uğuru üçün çalışır. Bir sözlə, yaxşı kollektivimiz var.

- Hazırkı duruma görə "Sumqayıt"ın avrokubok şansını necə qiymətləndirirsiniz?

- Turnir cədvəlində vəziyyətimiz yaxşıdır. Lakin mövsümün sonuna hələ çox var. Məqsədimiz oyundan oyuna irəli getmək və daha çox xallar qazanmaqdır.

- Azərbaycanda sizdən başqa daha bir yaponiyalı futbolçu – Ryonosuke Ohori də çıxış edir. Onunla tanışlığınız var?

- Bəli, Ohori ilə əlaqəmiz var. Lakin hazırda "Kəpəz"də çıxış etdiyi üçün o, Bakıda yaşamır. Bununla belə, imkan olanda mütləq görüşürük, kafedə otururuq, futboldan danışırıq. Bir sözlə, münasibətimiz yaxşıdır.

- Kafedən söz düşmüşkən, Azərbaycan mətbəxi ilə aranız necədir, sevdiyiniz milli yemək hansıdır?

- Bəzən məşqlərdən sonra futbolçularla birlikdə qutab yeməyə gedirik. Şirniyyatları da sevirəm.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:38

Qvardiolanın Mourinyonu təhqir etməsinin pərdəarxası: Sabiq rəsmi hadisənin ətraflarını açıqladı

Tennis
Bu gün, 15:28

Sinnerin liderliyi təhlükədə: Noabrın 2-də Zverev ATP reytinqində birinci ola bilər

Futbol
Bu gün, 15:27

Real Madridin qapıçısı Kurtua qripdən dolayı Barcelona qarşısında oyunu buraxacaq

Futbol
Bu gün, 15:05

Stefano Pioli: "A Seriyasına qayıtmaq istəyirəm, İtaliyada qalmağa üstünlük verərəm"

Futbol
Bu gün, 14:49

Kəpəz’in növbəti iki ev oyunu üçün biletlər satışa çıxarıldı

Futbol
Bu gün, 14:38

Bakıda U-15 DÇ-də Kolumbiya 11:0, Benin 10:0 hesablı qətiyyətlə qalib gəldi

Futbol
Bu gün, 14:30

Manchester United, Liverpool və Arsenal Bayern yarımmüdafiəçisinə baxır

Futbol
Bu gün, 14:25

Azərbaycanlı futbolçu İmanverdiyev Mursiyada üçüncü liqada oynayacaq

Futbol
Bu gün, 14:21

Barselona Balden gedərsə, Yuventusun müdafiəçisi Kambyazo ilə maraqlanır;

Futbol
Bu gün, 14:13

Kompaninin yoxluğunda Denks "Bavariya"nın "Frayburq"la oynaq əvvəlki oyun planını açıqladı

Futbol
Bu gün, 14:00

Markus Babbel: Ballon d’Or dünyadakı ən böyük sirk tamaşasıdır

Futbol
Bu gün, 13:50

U-15 Dünya Kuboku: Azərbaycan millisi Andorraya 1-0 qalib gəldi

Boks
Bu gün, 13:37

Azərbaycanın iki gənc boksçusu Budvada keçirilən dünya çempionatının yarımfinalına çıxır

Boks
Bu gün, 13:28

Daniel Dübua vs Tayson Fyuri döyüşü üçün favori kim?

Futbol
Bu gün, 13:19

Neymar qırmızı kartla meydandan atıldı və bunu irqçilik kimi tanıdı;

Futbol
Bu gün, 13:15

Lineker və Şirer: Fabre Manchester United təklifini geri çəkməli

Futbol
Bu gün, 12:57

Neymar bir gündə qırmızı kart və siyasi video ilə gündəmə gəldi

Futbol
Bu gün, 12:46

Rosio Eskandell: Lamin Yamalın uğuru Rokafonda ilham yaradır

Basketbol
Bu gün, 12:40

ABL 4-cü tur: Neftçi – Gəncə, LANDAU Lions – Sumqayıt

Digər
Bu gün, 12:29

Selcan Babayeva Avropa çempionatında qızıl medalla qalib gəldi

Futbol
Bu gün, 12:13

Mançester Yunayted "Mançester Siti"nin sol cinah müdafiəçisini icarəyə götürmək istəyir

Futbol
Bu gün, 11:51

FIFA U-15 Dünya Çempionatı çərçivəsində Bakıda Kanaki‑Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası

Futbol
Bu gün, 11:15

Xviça Kvaratsxeliya İngilis klublarının təklifini rədd edib PSG-yə qoşuldu

Qarabağ FK
Bu gün, 11:13

6‑0 qalibiyyətdə altı qolun hamısını iki akademiya təmin edib: Ulduz FA‑nın üç qol, Sabah‑ın iki qol və bir dubl

Oxşar xəbərlər