top
Sumqayıtın qapıçısı Cənnətov: Qarabağla oyuna yaxşı hazırlaşdıq və qələbə qazandıq Idman.biz
23 avqust 2025, 13:41
- ↺ +

"Sumqayıt"ın qapıçısı Cənnətov: "Qarabağ"la oyuna yaxşı hazırlaşdıq və qələbə qazandıq

"Oyun bizim üçün asan olmadı. Biz hamımız "Qarabağ"ın gücünü yaxşı bilirik. Onların yaxın günlərdə oyun keçirdiyini nəzərə alsaq, bəlkə bir qədər yorğun idilər. Amma biz oyuna yaxşı hazırlaşmışdıq və matça tam gücümüzlə yanaşdıq".

Bu sözləri futbolinfo.az saytına açıqlamasında "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov bildirib.

Səfərdə "Qarabağ" üzərində 1:0 hesablı qələbədən sonra Cənnətov əlavə edib ki, bütün futbolçular oyuna tam hazır idi: "Hətta oyuna sonradan daxil olanlar da yaxşı oyun sərgilədilər. Məhz buna görə qələbə qazandıq. Komanda bu görüşdə maksimum gücünü ortaya qoydu. Amma hələ coşquya qapılmaq lazım deyil. Cəmi iki oyun keçib, bu isə heç nə demir. Qarşıda çox oyun var. Biz addım-addım hədəflərimizə doğru irəliləyəcəyik. Hər matçda maksimum oynayaraq gücümüzü ortaya qoyacağıq. İlk qələbəmiz isə komandaya əlavə motivasiya və inam verdi".

Qolkiper keçən mövsümə nisbətən komanda daxilində dəyişikliklər barədə də danışıb:

"Keçən ilə baxanda çox şey dəyişib. Yeni gələn futbolçular meydanda öz sözlərini dedilər. Oyuna baxanda görmək olur ki, oyun tamamilə fərqli səviyyədədir, tribunaların atmosferi də dəyişib. Azarkeşləri yenidən stadiona cəlb etmək vacibdir. Öz çıxışımız və qələbələrimizlə bunu sübut etməliyik. Əminəm ki, tribunalar yenidən dolacaq".

Yığmanın yaxın günlərdə açıqlanacaq heyəti haqda danışan Cənnətov qeyd edib:

"Hazırda çempionatda yerli oyunçular azdır, cəmi iki nəfər belə imkan əldə edib. Bəzi futbolçular meydanda stabil çıxış etmirlər, amma bu onların bacarığını əks etdirmir. Hər oyunçu dərhal yığmaya çağırılmır. Son söz baş məşqçidədir. Biz isə sadəcə gözləməli və hər an hazır olmalıyıq".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər