top
Sumqayıtın prezidenti: Hazırda 1 oyunçuya təcili ehtiyacımız var - Qarabağ qələbəsi və transferlər haqqında Idman.biz
23 avqust 2025, 09:38
- ↺ +

"Sumqayıt"ın prezidenti: "Hazırda 1 oyunçuya təcili ehtiyacımız var" - "Qarabağ" qələbəsi və transferlər haqqında

"Sumqayıt"ın prezidenti Riad Rəfiyevin səfərdə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur matçından sonra Sportnet.az-a müsahibəsi

- Oyun barədə nə deyə bilərsiniz?

- Çox güclü rəqibə qarşı oynayırdıq. "Qarabağ"ın gücünü hamı bilir, ona görə də bizim üçün çox ağır və çətin oyun oldu. İstəyirdik ki, bu görüşdən yaxşı nəticə ilə ayrılaq. Sevinirik ki, alındı. "Qarabağ"a isə Çempionlar Liqasının pley-off mərhələsində uğurlar arzulayırıq. İnanırıq ki, bizi Çempionlar Liqasının Liqa mərhələsində təmsil edəcəklər. Onlara bir daha uğurlar diləyirəm.

- Yəqin ki, bundan yaxşı start gözləmirdiniz...

- Əlbəttə, ilk iki oyundan 6 xal qazanmaq yaxşı nəticədir. Amma yenə deyirəm, hələ yalnız 2 oyun keçirilib. İndidən nə isə demək istəmirəm. Çalışacağıq ki, bu tempi qoruyaq. Qarşımızda çətin görüş var – "Şamaxı"ya qarşı ev oyunu. "Şamaxı" çox yaxşı komandadır və istəyirik ki, həmin oyundan da yaxşı nəticə ilə ayrılaq və milli komandaların fasiləsinə yaxşı əhval-ruhiyyə ilə gedək.

- Transferlərinizin daha müsbət nəticələrə yol aça biləcəyi görünür. Siz nə proqnozlaşdırırsınız?

- Bir daha qeyd etmək istəyirəm ki, 2 oyundan 6 xal yaxşı nəticədir, amma bu dəqiqə başqa məsələlərdən danışmaq düzgün olmaz. Hələ yalnız 2 oyun keçirilib. İnanırıq ki, yeni transferlərimiz bu tempi qoruyub saxlayacaqlar və mövsümün sonuna qədər bu performansı davam etdirəcəklər.

- İlk ev oyununuzda azarkeş sayı az idi. Bu qələbəniz növbəti ev matçınızda tamaşaçı artımına səbəb ola bilər?

- Buna ümid edirik.

- Baş məşqçi Saşa İliçin işini necə dəyərləndirərdiniz?

- İliçin həm işindən, həm də insani keyfiyyətlərindən çox razıyıq. Əsas məsələ isə komandanın nəticələridir. Həm İliçə, həm də komandamıza uğurlar arzulayıram. Azarkeşlərimizə də təşəkkür edirəm – bu gün gəlib "Azərsun Arena"da komandaya dəstək oldular. Hamısını növbəti oyunda - Sumqayıtda gözləyirik.

- Transfer çalışmalarınız başa çatıbmı?

- Xeyr, daha bir oyunçunun transferi gözlənilir.

- İliç 3 mövqeyə oyunçu transferinə ehtiyac duyduğunu bildirdi...

- Ümumilikdə 3 futbolçunun komandaya dəvət olunması, əlbəttə, çox yaxşı olar. Ola bilər, bundan da çox olsun. Amma hazırda baş məşqçi və məşqçilər korpusu ilə danışığımıza əsasən 1 oyunçuya təcili ehtiyacımız var. Həmin futbolçunu heyətə qatdıqdan sonra digər transferlərlə bağlı hərəkətə keçə bilərik.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər