Sumqayıtda yerli sakinlərin narazılığına səbəb olan, baxımsız stadion təmir ediləcək.
Sumqayıtda yerləşən 27 nömrəli məktəbin yaxınlığındakı stadion hazırda nəzarətsiz və yararsız durumdadır.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən sumqayit24.az-a bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, həyətyanı sahələrin abadlaşdırılması və idman infrastrukturunun yaxşılaşdırılması prioritet istiqamətlərdəndir.
"Sumqayıt şəhər 27 nömrəli tam orta ümumtəhsil məktəbinin yaxınlığında yerləşən stadionun mövcud vəziyyəti ilə bağlı məsələ araşdırılıb. Qeyd edirik ki, həm məktəb binasının, həm də həyətyanı sahənin, o cümlədən stadionun təmir olunması ilə bağlı məsələ təmir planına daxil edilib. Növbəlilik prinsipi əsasında müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulur", - deyə qurumun açıqlamasında deyilib.