"Sumqayıt" və "Qəbələ" yeni mövsümə hazırlıq çərçivəsində yoxlama oyununda qarşılaşıblar.
İdman.biz xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan görüş məhsuldar alınıb.
Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Qəbələ"nin heyətində Murad Musayev, İbrahim Sanqare, "Sumqayıt"da isə Roi Kehat və Aleksandr Ramalinqom fərqləniblər.
Qeyd edək ki, avqustun 15-də start götürəcək mövsümün ilk turunda "Sumqayıt" "Kəpəz"lə, "Qəbələ" isə "Karvan-Yevlax"la qarşılaşacaq.
İdman.biz