"Sumqayıt" komandasını Misli Premyer Liqasının son iki oyununa baş məşqçi kimi çıxaracaq şəxs müəyyənləşib.
Bu barədə "Report"a "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Komanda iki görüşdə Vurğun Hüseynova tapşırılacaq.
Qeyd edək ki, "Sumqayıt" bu gün baş məşqçisi Vaqif Cavadovla vidalaşdığını açıqlayıb. Komanda 35-ci turda "Turan Tovuz"la, 36-cı turda "Səbail"lə üz-üzə gələcək.