top
Sumqayıt - Kəpəz: Matç başladı Sport24.az
17 avqust 2025, 20:32
- +

"Sumqayıt" - "Kəpəz": Matç başladı

Misli Premyer Liqasında ilk turunun 3-cü oyun günündə daha bir oyun keçiriləcək. Sport24.az xəbər verir ki, günün yeganə matçı Sumqayıtda baş tutacaq.

 

Şəhərin eyniadlı komandası "doğma divarlar" arasında "Kəpəz"i qonaq edir. "Kimyaçılar"ın yeni baş məşqçi Saşa İliçin rəhbərliyi altında ilk rəsmi matçına çıxığını da vurğulamaq lazımdır. Gəncə təmsilçisi də mövsümə yeni-köhnə baş məşqçi ilə başlayacaq. Ötən mövsüm istefaya göndərilən Adil Şükürov mövsümlərarası fasilədə yenidən "sarı-göylər"in "sükanı arxasına" dəvət olunub.

 

Qeyd edək ki, tura sabah keçiriləcək "Zirə" - "Araz-Naxçıvan" matçı ilə yekun vurulacaq. "Sabah" - "Qarabağ" görüşü isə həftəiçi ağdamlıların Çempionlar Liqasının pley-off mərhələsində oynaması səbəbindən təxirə salınıb. Turun dünən və srağagün keçirilən matçlarında "Turan-Tovuz" "İmişli"yə 1:0 hesabı ilə məğlub edib. "Karvan-Yevlax" və "Qəbələ" arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Eyni hesab "Neftçi" - "Şamaxı" qarşılaşmasında da qeydə alınıb.

 

Misli Premyer Liqası

I dövrə, I tur

20:30. "Sumqayıt" - "Kəpəz" 0:0 (Birinci hissə)

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.

 

"Sumqayıt": 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid

 

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 71. Masaki Murata, 80. Keffel Resende

Baş məşqçi: Saşa İliç

 

"Kəpəz": 1. Kaçper Rosa, 27. Məqsəd İsayev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 14. Adama Fofana, 19. Otar Aptsiauri, 38. Cefferson Bentu, 6. Pedro Qomeş

 

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 11. Vitor Feijao, 55. Kresus Donqo

 

Baş məşqçi: Adil Şükürov

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 18:34

Hakim Ziyeş Vidad Kasablankadan ayrıldı və azad agent statusu aldı

Futbol
Dünən, 17:49

Ceymi Vardi “Börnli” klubuna transfer oldu

Futbol
Dünən, 17:24

Brahim Hemdani, Əlcəzair milli komandası üçün yeni baş məşqçi təyin edildi

Futbol
Dünən, 17:24

Arteta: Çelsi Premyer Liqada çempionluq üçün lazım olan bütün şərtlərə malikdir

Digər
Dünən, 15:53

Veronika Jilina Azərbaycan bayrağı altında ilk turnirində altıncı yerə yüksəldi

Digər
Dünən, 15:53

Veronika Jilina Azərbaycan bayrağı ilə ilk turnirində altıncı yeri tutdu

Digər
Dünən, 15:53

Veronika Jilina Azərbaycan bayrağı altında ilk beynəlxalq turnirində altıncı yer tutdu

Digər
Dünən, 15:53

Veronika Jilina Azərbaycan bayrağı altında ilk turnirində altıncı sırada yer aldı

Futbol
Dünən, 15:27

Alman Kubokunda 1/16 final püşkü keçirildi

Futbol
Dünən, 14:58

David Alaba Realı tərk edib, Lazio ilə danışıqda

Futbol
Dünən, 14:58

Realın sabiq müdafiəçisi David Alaba İtaliya klubuyla, Lazio ilə, danışıqlar aparır

Futbol
Dünən, 14:58

David Alaba Real-dan ayrılır, Lazio ilə danışıqlar aparılır

Futbol
Dünən, 14:28

Xankəndi klubunda UEFA B kateqoriyalı Ruzi Qiyaslı məşqçi təyinatı

Futbol
Dünən, 14:28

Xankəndi klubunda Ruzi Qiyaslı qapıçı məşqçisi təyin edildi

Futbol
Dünən, 14:28

Xankəndi klubunun yeni məşqçisi Ruzi Qiyaslı oldu

Futbol
Dünən, 14:28

Xankəndi FK‑də UEFA B kateqoriyalı Ruzi Qiyaslı 1 illik müqavilə ilə məşqçi olaraq təyin edildi

Futbol
Dünən, 14:28

"Xankəndi" klubunun yeni məşqçisi Ruzi Qiyaslı təyin edildi

Futbol
Dünən, 14:28

Xankəndi FK‑də yeni məşqçi Ruzi Qiyaslı təyin edildi

Futbol
Dünən, 14:28

Xankəndi FK‑də yeni məşqçi Ruzi Qiyaslı təyin edildi

Futbol
Dünən, 14:28

Xankəndi klubunda UEFA B kateqoriyalı Ruzi Qiyaslı məşqçi kimi təyin olundu

Futbol
Dünən, 14:28

"Xankəndi" klubunda Ruzi Qiyaslı baş məşqçi təyin edildi

Futbol
Dünən, 14:28

UEFA B kateqoriyalı Ruzi Qiyaslı “Xankəndi” klubunda baş məşqçi təyin olundu

Basketbol
Dünən, 14:04

Neftçi SOCAR 3×3 basketbol komandası yarımfinala yüksəldi

Basketbol
Dünən, 14:04

“Neftçi SOCAR” yarımfinalda Fransa ilə qarşılaşacaq

Oxşar xəbərlər