top
Sumqayıt Karvan-Yevlaxı 2:0 hesabı ilə məğlub edib - YENİLƏNİB Idman.biz
30 yanvar 2026, 16:31
- +

"Sumqayıt" "Karvan-Yevlax"ı 2:0 hesabı ilə məğlub edib - YENİLƏNİB

Misli Premyer Liqasının 18-ci turunda "Karvan-Yevlax" - "Sumqayıt" oyunu başa çatıb.

Görüş Yevlax təmsilçisi üçün uğursuz alınıb. Qarşılaşmanın ilk hissəsində üstün oyun nümayiş etdirən "Sumqayıt" fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.

İdman.Biz xəbər verir ki, matçda hesab 20-ci dəqiqədə açılıb. Aleksa Yankoviç qonaq komandanı hesabda irəli çıxarıb. 33-cü dəqiqədə isə Ronaldo Vaskez fərqlənərək üstünlüyü ikiyə çatdırıb - 0:2.

İkinci hissədə də hesab dəyişməyib və "Sumqayıt" Misli Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən oyunda "Karvan-Yevlax" üzərində 2:0 hesablı qələbə qazanıb.

15:35

Misli Premyer Liqasının 18-ci turunun "Karvan-Yevlax" - "Sumqayıt" oyununda ikinci hissə start götürüb.

İdman.Biz xəbər verir ki, "Sumqayıt" klubunun ilk hissədən sonra 2:0 üstünlüyü var.

15:20

Misli Premyer Liqasının 18-ci turunun "Karvan-Yevlax" - "Sumqayıt" oyununda ilk hissə başa çatıb.

İdman.Biz xəbər verir ki, "Sumqayıt" klubu ilk hissədən sonra 2:0 irəlidədir.

15:05

Misli Premyer Liqasının 18-ci turunun "Karvan-Yevlax" - "Sumqayıt" oyununda yenidən hesab dəyişib.

İdman.Biz xəbər verir ki, 33-cü dəqiqədə Ronaldo Vaskez "Sumqayıt" klubunu hesabda irəli çıxarıb - 0:2.

14:50

Misli Premyer Liqasının 18-ci turunun "Karvan-Yevlax" - "Sumqayıt" oyununda hesab açılıb.

İdman.Biz xəbər verir ki, 20-ci dəqiqədə Aleksa Yankoviç "Sumqayıt" klubunu hesabda irəli çıxarıb - 0:1.

14:30

Misli Premyer Liqasının 18-ci turunun "Karvan-Yevlax" - "Sumqayıt" oyunu start götürüb.

İdman.Biz xəbər verir ki, oyunu hakim Əli Əliyev idarə edir.

13:54

Misli Premyer Liqasının 18-ci turu çərçivəsində keçiriləcək ilk oyunda qarşılaşacaq "Karvan-Yevlax" və "Sumqayıt" komandalarının start heyətləri açıqlanıb.

İdman.Biz xəbər verir ki, qarşılaşma Quba Olimpiya İdman Kompleksinin stadionunda saat 14:30-da start götürəcək.
Komandaların heyətləri:

"Karvan-Yevlax": 99. Pedro Mateuş 7. Araz Abdullayev (k) 6. Vadim Abdullayev 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 32. Elvin Yunuszadə 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 17. Samir Abdullayev 77. Əli Abdullayev 8. Peter Kings 10. Samuel Durrant 21. İmani Barker.
Baş məşqçi: Füzuli Məmmədov.

"Sumqayıt": 22. Xəyal Fərzullayev 8. Səbuhi Abdullazadə (k) 9. Aleksandr Ramalinqom 10. Nikola Ninkoviç 72. Rayan Senhadji 33. Danilo Beskorovaynıy 23. Ronaldo Vaskez 80. Keffel Resende 95. Nsane Simon 11. Aleksa Yankoviç 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 24. Sənan Muradlı 64. Kənan Feyziyev 37. Nihad Orucəli 97. Vüsal Paşayev 19. Roi Kehat 71. Masaki Murata.
Baş məşqçi: Saşa İliç.

09:09

Bu gün Misli Premyer Liqasında 18-ci turun oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, tura Yevlax şəhər stadionunda start veriləcək.

Günün ilk yarısında "Karvan-Yevlax" "Sumqayıt"ı qəbul edəcək. "Sumqayıt" 27 xalla turnir cədvəlində beşinci pillədə qərarlaşıb. "Karvan-Yevlax" 6 xalla on ikinci sıradadır.

Misli Premyer Liqası
İkinci dövrə, 18-ci tur
30 yanvar
14:30. "Karvan-Yevlax" - "Sumqayıt"

Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Zöhrab Abbasov, Murad Səlimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yevlax şəhər stadionu

Qeyd edək ki, tura fevralın 1-də yekun vurulacaq.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:17

Ronald Arauxo və Fil Foden arasındakı insident: Arauxo Fodenlə danışdı, narazılıq yoxdur

Futbol
Bu gün, 04:22

Kilian Mbappe "Real Madrid"dəki Tənqidlərə Hazır Olduğunu Bildirdi

Formula 1
Bu gün, 03:58

Maks Ferstappen "Formula-1"-də Həzz Almamağından və Gələcək Planlarından Danışıb

Futbol
Bu gün, 03:35

Reşford üçün PSJ və "Milan" "Barselona" ilə mübarizəyə hazırdır

Tennis
Bu gün, 02:57

Ronaldo Mayami "Masters"də: Sinnerin finalı, Sabalenka-Rıbakina oyunu və Alkarasla məşq

Futbol
Bu gün, 02:36

Kanteninin müqaviləsindəki xüsusi maddə üzə çıxıb

Boks
Bu gün, 02:19

UFC-də Səhv Qalib Elanı və Mərc Həvəskarının Uğuru

Futbol
Bu gün, 01:47

Jeremi Dokunun ABŞ-yə qarşı oyununda möhtəşəm performansı

Futbol
Bu gün, 01:26

Fransa millisi Kolumbiyanı yoldaşlıq oyununda məğlub etdi

Futbol
Bu gün, 01:13

Joau Kanseludan DÇ-2026 iddiası: "Əsas favoritlərdən biri olmalıyıq"

Futbol
Bu gün, 00:52

Pol Kpaka: Omanın iştirakı planları pozdu, Azərbaycanın heyəti genişdir

Futbol
Bu gün, 00:37

"Sumqayıt" FK prezidenti Riad Rəfiyev Harvard Business School-u bitirib

Futbol
Bu gün, 00:29

"Tottenhem" Ben Devisi müvəqqəti baş məşqçi təyin edə bilər

Futbol
Bu gün, 00:18

Arda Güler və sevgilisinin kameralara reaksiyası: Panika və zarafat dolu anlar - VİDEO

Futbol
Bu gün, 00:07

Martin Kasilyas "El-Klasiko" məğlubiyyətindən sonra göz yaşlarını saxlaya bilməyib

Futbol
Dünən, 23:59

"Şamaxı"lı Msanqanın iştirakı ilə Tanzaniya Makao'nu darmadağın etdi

Futbol
Dünən, 23:54

Uruqvaydan İngiltərəyə zirehli vımpel hədiyyəsi: "Döyüşmək üçün doğulanlar" jesti - FOTO

Futbol
Dünən, 23:39

Okan Buruk "Qalatasaray"da qalmaq üçün yeni müqavilə imzalayır, tarixi rekorda doğru!

Futbol
Dünən, 23:28

Didye Deşamın ABŞ səfəri zamanı logistika və təhlükəsizlik tədbirlərinə tənqidi

Futbol
Dünən, 23:25

Salah "Liverpul"dan ayrılıb "Romaya" qayıda bilər

Futbol
Dünən, 23:12

"Şamaxı"nın müdafiəçisi Tanzaniya yığmasının heyətində "FIFA Series - 2026" turnirində iştirak edib

Futbol
Dünən, 22:59

Nicat Qurbanov Nəriman Axundzadənin MLS-dəki Perspektivləri Barədə Danışdı

Basketbol
Dünən, 22:58

Halil Atlı Hakimliyin Oyunlara Müdaxiləsindən Narahatdır

Basketbol
Dünən, 22:46

Halil Atlı "Gəncə"nin pley-off mərhələsinə hazırlaşacağını bildirib

Oxşar xəbərlər