top
Sumqayıt İmişlini minimal hesabla məğlub edib Idman.biz
09 dekabr 2025, 21:38
- ↺ +

"Sumqayıt" "İmişli"ni minimal hesabla məğlub edib

"Sumqayıt" - "İmişli" oyunu başa çatıb.

İdman.Biz bildirir ki, Sumqayıt klubu 1:0 hesabı ilə qələbə qazanıb.

21:14

"Sumqayıt" - "İmişli" oyununda hesab açılıb.

İdman.Biz bildirir ki, 63-cü dəqiqədə Rüstəm Əhmədzadə Sumqayıt klubunu irəli çıxarıb.

20:35

"Sumqayıt" - "İmişli" oyununda ikinci hissə start götürüb.

İdman.Biz bildirir ki, ilk yarıda matçda hesab açılmayıb.

20:17

"Sumqayıt" - "İmişli" oyununda birinci hissə qurtarıb.

İdman.Biz bildirir ki, qarşılaşmada hesab açılmayıb.

19:30

Misli Premyer Liqasında "Sumqayıt" - "İmişli" oyunu start götürüb.

İdman.Biz bildirir ki, qarşılaşmanın baş hakimi Əliyar Ağayevdir.

18:45

"Sumqayıt" Misli Premyer Liqasının 14-cü turunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "İmişli"ni qəbul edir.

İdman.Biz xəbər verir ki, komandalar saat 19:30-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaq:

"Sumqayıt": 22. Xəyal Fərzullayev 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 19. Roi Kehat 9. Aleksandr Ramalinqom 14. Pedro Pinto 10. Nikola Ninkoviç 72. Rayan Senhadji 80. Keffel Resende 11. Aleksa Yankoviç 25. Abdul Raşid Mumini

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 56. Aftandil Arixov 6. Rauf Rüstəmli 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 66. Ruslan Əliyev 37. Nihad Orucəli 97. Vüsal Paşayev 71. Masaki Murata 95. Nsana Simon

Məşqçi: Veliçko Kaplanoviç

"İmişli": 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Mozes 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr

Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 70. Mehdi Tahirov 44. Həzrət İsayev 27. Lətif Rzayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli

Baş məşqçi: Jorj Kaşkilya

09:32

Bu gün Misli Premyer Liqasının XIV turunun növbəti qarşılaşması Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

İdman.Biz xəbər verir ki, "Sumqayıt" "İmişli"ni qəbul edəcək.

Oyun saat 19:30-da başlayacaq. Meydan sahibləri turnir cədvəlində 23 xalla 5-ci, qonaqlar 15 xalla 9-cu sıradadır.

Misli Premyer Liqası
II dövrə, XIV tur
9 dekabr
19:30. "Sumqayıt" - "İmişli"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0), "Sabah" "Neftçi"ni (2:0) məğlub edib. "Zirə" - "Qarabağ" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. "Qəbələ" - "Turan Tovuz" oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:58

Qızıl Top rəsmi saytında qalibin fotoşəkili erkən yayımlandı

Futbol
Bu gün, 22:40

Napoli baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya və 10 min avroluq cərimə aldı;

Futbol
Bu gün, 22:35

Arsen Venger: VAR artıq futbolun ayrılmaz hissəsidir

Futbol
Bu gün, 22:17

Manchester United futbolçuları Michael Carrickin vəzifəsindən kənarlaşdırılmasını gözləyir

Futbol
Bu gün, 22:02

Trabzonspor 4-3 Rize, Beşiktaş 2-0 Başakşehir: Türkiyə Super Liqası

Futbol
Bu gün, 21:57

Murad Məmmədov zədəni sağaldı və Pafos üçün növbəti oyunda çıxdı

Güləş
Bu gün, 21:56

Azərbaycan güləşçiləri Estoniyada turniri çempion bitirdi

Futbol
Bu gün, 21:55

İtalyan futbol hakimi Pyerluici Kollina Bakıda FIFA U-15 Çempionatına gəlir

Qarabağ FK
Bu gün, 21:47

“Qarabağ – Dinamo (Xorvatiya) oyunu üçün bilet satışa çıxarıldı”

Futbol
Bu gün, 21:44

Martin Subimendi üçün “Real Madrid” və “Çelsi” mübarizəyə başladı

Digər
Bu gün, 21:31

Voleybol üzrə Super Liqada ikinci turun oyunlarının vaxtı açıqlanıb

Futbol
Bu gün, 21:30

AFFA prezidenti Rövşən Nəcəf Honduras qarşısında zədələnən futbolçuya meydanı tərk etməkdə yardım edib

Şahmat
Bu gün, 21:18

Karlsen Sindarovu Qukəşdən üstün tutur: Novbrda Cenevədə 2,5 milyon dollarlıq dünya şahmat çempionluğu matçı

Futbol
Bu gün, 21:10

Bakıda U-15 Çempionatı matçında İngiltərə millisi irqçilik ittihamı ilə meydanı tərk etdi

Futbol
Bu gün, 21:06

FİFA prezidenti Canni İnfantino Hövsan Yarış Kompleksini ziyarət edib

Futbol
Bu gün, 21:06

Vinisius "El-Klasiko"dan sonra "Barselona"ya münasibətini açıqladı

Futbol
Bu gün, 20:57

Qəbələ-2 əvəzediciləri Sumqayıt-2-ni 2:0 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 20:53

Barselona müdafiəçisi Kubarsi ‘Qızıl Top’ mərasiminə aparmayıb

Futbol
Bu gün, 20:52

Portuqaliyalı futbolçu Nani Qazaxıstanın "Aktobe" klubundan ayrıldığını bəyənib

Futbol
Bu gün, 20:43

U-15 Azərbaycan milli komandası Haiti qarşısında 4:0 hesabla məğlub oldu

Şahmat
Bu gün, 20:38

Nicat Abasov və Gövhər Beydullayeva Bavariya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 20:27

Mbappe: 'Realda istedad yoxdur' iddiaları yanlışdır

Futbol
Bu gün, 20:25

Barselona – Atletiko və Real Sociedad – Real Madrid matçlarının vaxtı dəyişdiriləcək

Futbol
Bu gün, 20:11

Bavariya"nın baş məşqçisinin vəziyyəti sabitdir, hələ diaqnoz yoxdur

Oxşar xəbərlər