Qış fasiləsində "Sumqayıt"ı tərk edəcək legionerlərdən biri artıq məlumdu. Sport24.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik ötən yay "kimyaçılar"la anlaşan Fernando da Silva ilə yolları ayırmaq qərarına gəlib.
Braziliyalı dayaq yarımmüdafiəçi "gənclik şəhəri"nin təmsilçisinin heyətində ümumilikdə cəmi 5 matça çıxıb və 1 qolun müəllifi olub. Onunla müqavilən müddəti 2026-cı ilin iyununadək nəzərdə tutulub.
Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi karyerası ərzində Vətənində çıxış etməklə yanaşı, Portuqaliya və Albaniyada legioner həyatı yaşayıb.