Ötən gün Vaqif Cavadovla müqaviləyə xitam verən "Sumqayıt" klubuna yeni mövsümdən etibarən belaruslu çalışdırıcı Aleksey Baqa başçılıq edəcək.
İdman.biz "Sportinfo"ya istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar müsbət başa çatıb.
Komandanın Premyer Liqadakı son iki matçını canlı izləmək üçün Baqanın Azərbaycana gəlməsi gözlənilir.
İlk dəfə 2021-ci ilin dekabrında kluba baş məşqçi təyin olunan Baqa 2022-ci ilin sentyabrında uğursuz nəticəyə görə istefaya göndərilib.
Qeyd edək ki, belaruslu "Sumqayıt"dan başqa, "Sokol" (Rusiya), "Şaxtyor" (Belarus), BATE (Belarus), "Jalgiris" (Litva) və "Aktobe"ni (Qazaxıstan) çalışdırıb. O, BATE, "Şaxtyor" və "Jalgiris"ə çempionluq titulları qazandırıb.
İdman.biz