"Sumqayıt" 3 futbolçusu ilə vidalaşıb.
İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, müqavilə müddətləri başa çatan futbolçular – Miloş Miloviç, Momo Yansane və Rövlan Muradovla yollar ayrılıb.
Qeyd edək ki, Muradov 2023-cü, Miloviç 2024-cü, Yansane bu ilin əvvəlindən "Sumqayıt"ın formasını geyinirdi.
İdman.biz