top
Süleyman Əhmədov Karvan-Yevlax seçimini və azarkeşlərin rolunu açıqladı: Müsahibə Idman.biz
30 iyul 2025, 14:41
- ↺ +

Süleyman Əhmədov "Karvan-Yevlax" seçimini və azarkeşlərin rolunu açıqladı: Müsahibə

"Karvan-Yevlax"ın yeni transferlərindən olan Süleyman Əhmədovun futbolinfo.az saytına müsahibəsi

– İlk olaraq ötən mövsümə nəzər salaq. Sabiq komandanız "Səbail"in Premyer Liqanı tərk etməsinin səbəbini nədə görürsünüz? Yəqin ki, belə olacağını mövsümün əvvəlində gözləmirdiniz…

– "Səbail"in Premyer Liqanı tərk etməsi mənim üçün çox üzücü oldu. Belə olacağını gözləmirdim, ancaq gedişat istədiyimiz kimi olmadı. Çox çətin durumlarla qarşılaşdıq, çıxış yolları axtarsaq da, buna nail ola bilmədik.

– "Səbail"in 1 ildən sonra Premyer Liqaya qayıdacağına inanırsınız? Heyətin əksər üzvünün komandadan ayrılması buna mane olmayacaq?

– "Səbail"in Premyer Liqaya qayıdacağına inanıram. Hazırda iddialı heyət yığırlar. Bunu transferlərdən görmək mümkündür. Gedənlərin sayı nə qədər çox olsa da, komandaya yeni qoşulan yaxşı oyunçular var. I Liqada çempion olub Premyer Liqaya qayıdacaqlarına ümidim çoxdur.

– Başqa klublardan da təklifləriniz var idi? Nəyə görə "Karvan-Yevlax" variantını üstün tutdunuz?

– "Karvan-Yevlax"dan təklif gələndə bir az götür-qoy etdikdən sonra razılaşıb təklifi qəbul etdim. Premyer Liqaya yeni yüksələn komandanın yaxşı, döyüşkən, istəkli futbolçulardan yığılan heyətlə nələrəsə nail olacağına inandım.

– Yevlax təmsilçisi uzun illər idi ki, Premyer Liqadan uzaq düşmüşdü. Sizcə, yüksək dəstəyə qayıtdığı ilk mövsümdə komanda necə təsir bağışlayacaq? "Karvan-Yevlax"ın qarşısına hansı hədəf qoyulub?

– İllər sonra "Karvan-Yevlax"ın Premyer Liqaya qayıtması çox sevindirici haldır. Həm yerli, həm də legionerlərdən ibarət yaxşı komanda yığılır. Klubun adına layiq futbol sərgiləyəcəyimizə inanıram. Hədəfimiz öncə Premyer Liqadakı yerimizi qorumağa çalışmaq, növbəti mövsümdə isə daha yaxşı yerlər uğrunda mübarizə aparmaqdır.

– Görürük ki, "Karvan-Yevlax" legionerlərlə yanaşı, təcrübəli yerli futbolçularla da güclənir. Bu tandem uğurlu alınacaqmı? Komandadaxili anlaşma yaxşı səviyyədədir?

– Həm legionerlərdən, həm də yerli futbolçulardan təşkilatlanmış yaxşı, mehriban kollektivimiz var. Nəticələrin ürəkaçan olması üçün bu şeylər çox önəmlidir.

– Premyer Liqada bölgə klublarının sayının artması, eyni zamanda, oyunlarda azarkeş sayının artacağı deməkdir. Çoxlu sayda yevlaxlı azarkeş önündə oynamaq sizə əlavə motivasiya verəcəkmi? Onlara nə sözünüz var?

– Premyer Liqada bölgə klublarının sayının artması olduqca sevindirici haldır. Çoxlu azarkeş önündə oynamaq tamam başqa atmosferdir. "Karvan-Yevlax"ı seçməyimin əsas səbəblərindən biri də yevlaxlı azarkeşlər önündə oynamaqdır. Onların dəstəyi sayəsində yaxşı nəticələr qazanacağımıza inanıram. Azarkeşlərə sözüm odur ki, bir yerdə əl-ələ verib onları sevindirməyə çalışacağıq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

İsveçrə U-15 Milli Komandasının Dünya Kubokuna Qatılmama Səbəbi Açıqlandı

Futbol
Bu gün, 09:39

23 Oktyabr: Avropada keçiriləcək əsas futbol oturumu

Futbol
Bu gün, 09:38

40 evdə məğlubiyyətsiz: 'Bavariya' Çempionlar Liqasında rekord qoyur

Futbol
Bu gün, 09:31

Misli Premyer Liqası: “Araz-Naxçıvan” – “Qəbələ” (23 Oktyabr, 15:00)

Futbol
Bu gün, 09:20

Türkiyə liqasının ən dəyərli üç futbolçusunun reytinqi

Futbol
Bu gün, 09:08

Runi, Manchester United futbolçularını sərt tənqid etdi: "Məsuliyyət daşımır"

Digər
Bu gün, 09:01

Kür handbol komandası Mingəçevirdə Bosniya klubu ilə EHF Avropa Kubokunda qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Zirə vs Sumqayıt: Qaratalların Kimyaçılarla mübarizəsi

Formula 1
Bu gün, 08:49

18 yaşlı pilot Freddi Sleyter \"Audi\" üçün Formula 1-də debüt edəcək

Futbol
Bu gün, 08:40

İsveç U-15 milli komandası Bakıda keçiriləcək dünya kubokunda iştirak etməyəcək

Digər
Bu gün, 08:24

Venesiya marafonunda 124 ölkədən 24,000 iştirakçı

Futbol
Bu gün, 08:20

Şamaxıda Araz-Naxçıvan – Qəbələ qarşılaşması

Futbol
Bu gün, 08:00

Qitələrarası Kubokun final mərhələsinə Qətər ev sahibliyi edəcək

Futbol
Bu gün, 07:31

Manchester Uniteddə paltardəyişmə otağında Karrik və Kunya arasında gərgin mübahisə

Digər
Bu gün, 06:15

Lamin Yamal “Qızıl top” mərasiminə xüsusi təyyarə ilə gedəcək

Futbol
Bu gün, 05:17

Kanselu: Tribunada hər kəs ekspertdir, təzyiqə necə cavab verəcəyini göstər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Oxşar xəbərlər