top
Süleyman Alluş: Qələbəyə ehtiyac var idi, amma əldə edə bilmədik - MÜSAHİBƏ Idman.biz
15 may 2025, 14:29
- ↺ +

Süleyman Alluş: "Qələbəyə ehtiyac var idi, amma əldə edə bilmədik" - MÜSAHİBƏ

"Səbail"in niderlandlı futbolçusu Suleyman Alluş Sportal.az saytına müsahibəsi

- "Səbail" Misli Premyer Liqasının 34-cü turunda "Zirə" ilə qarşılaşdı və doğma meydanda məğlub oldu. Beləliklə, Premyer Liqada yerinizi saxlaya bilmədiniz. Kollekitivdəki atmosfer necədir?

- Atmosfer? Bilmirəm. Məşqə çıxmışıq və məşqlərimizi edirik. Qalan iki oyuna hazırlaşırıq. Təbii ki, son matçda da əlimizdən gələni etdik.

- "Zirə" ilə görüşdə qalib gəlməyə yaxın idiniz. Amma bu baş vermədi. Niyə həmin matçda lazım olan qələbə qolunu vura bilmədiniz?

- "Zirə"yə qarşı yaxşı oynadıq. Həqiqətən də belə idi. Amma çox təəssüf ki, qol vura bilmədik. Qapı istiqamətinə də bir çox zərbələrimiz var idi. Lakin istənilən halda qol vura bilmədik və sonda qol buraxıb uduzduq. Əlbəttə ki, olduqca üzücü məqam, üzücü anlar idi.

- Ümumiyyətlə, "Səbail" son matçlarında pis təsir bağışlamadı. Amma epizodlara qol vura bilmirdiniz. Keyfiyyət, təzyiq məsələdi idi, yoxsa tələskənlik? Sizcə, "Səbail"in Premyer Liqadan düşməməsinin əsas səbəbi nə idi?

- Bizim çox yaxşı komandamız var. Biz heç vaxt özümüzü pis tərəfdən göstərməmişik, hər zaman ən yaxşı tərəfdən göstərməyə çalışmışıq. Amma siz verdiyiniz sual kimi, elə mənim üçün də sual kimi qalır. Yaxşı komandamız var, oyunları yaxşı oynamışıq, amma təəssüf ki, istənilməyən nəticə ortadadır.

- Möcüzənin baş verəcəyinə son tura qədər inanırdın? Qalib olsaydınız, "Kəpəz" bir kənada, "Sumqayıt"la mübarizə aparacaqdız. Son turda da oyununuz final ab-havasında keçəcəkdi...

- Mən bunu sizə əvvəl də demişdim. Bizə lazım olan sadəcə bir qələbə idi. Həmin o qələbəni qazana bilmədik. Yoxsa, klubda hamı qalib gəlsək, Premyer Liqada qala biləcəyimizə inanırdı. Sonuna qədər inandıq. Amma təəssüf ki, o qələbəni əldə edə bilmədik.

- Yəqin ki, növbəti iki turda motivasiya qazanmaq çətin olacaq. "Neftçi" və "Sumqayıt"la matçlarınız var...

- Xeyr, məncə son 2 oyun üçün hələ də motivasiyalı olmalıyıq. Axı bizim karyeramız bu mövsümdən sonra başa çatmır. Karyeramız davam edir. "Səbail"in son 2 matçda da layiqincə təmsil etməyə çalışacağıq. Hər iki görüşə motivasiya ilə çıxacağıq.

- "Səbail" Birinci Liqaya gedir, onun oradan qayıda biləcəyinə inanırsan? Bunu "Qəbələ"nin timsalında da gördük ki, mümkündür...

- Əlbəttə ki, hər şey mümkündür.

- Azərbaycanın digər klublarından təklifin var?

- Həqiqətən də heç nə bilmirəm. Hər halda, mən Niderlanda qayıtmalıyam və menecerimlə danışmalıyam. Bütün təklifləri müzakirə edəcəyik. Təbii ki, mən Azərbaycanda qalmaq istəyərdim. Amma mövsümün sonuna qədər gözləmək lazımdır.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Oxşar xəbərlər