İngiltərə millisinin keçmiş futbolçusu Stüart Pirsin 21 yaşlı oğlu Harli Pirs Böyük Britaniyanın Qlosterşir əyalətində avtomobil qəzasında həlak olub. Sport24.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, qəza oktyabrın 16-da A417 yolunun Qloster yaxınlığındakı Old Birdlip Hill hissəsində baş verib. Yerli polis gəncin hadisə yerində öldüyünü bildirib.
Qeyd edək ki, Uiltşir ştatının Marlboro şəhərində yaşayan Harley Pirs Stüart Pirsin kiçik oğlu olub. Pirs İngiltərə yığmasında 78 oyuna çıxıb. 2012-ci ildə isə qısa müddətdə milli komandanın müvəqqəti baş məşqçisi olub.