Fransa çempionatının 24-cü turunda "Strasburq" evdə "Lans"la 1:1 hesablı heç-heçə edib.
İdman.Biz-in məlumatına görə, oyun Strasburqdakı "Stade Menau" stadionunda baş tutub.
Meydan sahibləri hesabı 18-ci dəqiqədə Xoakin Paniçellinin qolu ilə açıblar. İkinci hissədə "Lans" 62-ci dəqiqədə Mamadu Sanqarenin qolu ilə hesabı bərabərləşdirə bilib.
24 turdan sonra "Lans"ın 53 xalı var və Liqa 1-də ikinci yerdədir. "Strasburq" turnir cədvəlinin ortalarında yer alır.