"Qlazqo Reyncers", "Aston Villa" və "Əl-İttifaq" klubunun sabiq baş məşqçisi Stiven Cerrard şotland klubuna qayıtmaqdan niyə imtina etdiyini izah edib.
İdman.Biz "The Sun"a istinadən xəbər verir ki, mütəxəssis bildirib ki, qısa müddətdə qərar vermək üçün çox şeyi düşünməli idi:
"Əslində, hər şey bir az tələsik baş verdi. Həmin vaxt ailəm Bəhreyndə idi və qısa müddətdə qərar vermək üçün çox şeyi düşünməli idim. Bir neçə məsələdə tam əmin deyildim. Əgər bu qədər böyük və vacib çağırışı qəbul edəcəkdimsə, hər şey mükəmməl olmalı və mən özümü 100 faiz hazır hiss etməli idim".
Qeyd edək ki, 45 yaşlı Stiven "Reyncers"i 2018–2021-ci illərdə çalışdırıb və 2021-ci ildə komandanı çempionluğa daşıyıb.