top
Stas Pokatilov: Bundan sonra bizdə hər şey alınacağına inanıram Idman.biz
17 sentyabr 2025, 17:17
- +

Stas Pokatilov: "Bundan sonra bizdə hər şey alınacağına inanıram"

"Sabah"ın qazaxıstanlı qapıçısı Stas Pokatilovun Futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 4-cü turunda "Neftçi" ilə qolsuz heç-heçə etdiniz. Sizcə, nəticə oyuna görə oldu?

– Çətin oyun oldu. Bu görüşdə bir neçə yeni futbolçumuz şans qazanmışdı. Onların kollektivə uyğunlaşması, komandanın oyun sisteminə öyrəşməsi üçün müəyyən vaxt lazımdır. "Neftçi" ilə görüşdə hər şey heç də istədiyimiz kimi alınmadı. Buna baxmayaraq, fikrimcə, nəticə ədalətli oldu. Öz üzərimizdə çalışmalı, yol verdiyimiz nöqsanları, çatışmazlıqları aradan qaldırmalıyıq.

– "Sabah" çempionatda 3 oyuna 4 xal toplayıb. Bu nəticə sizi razı salır?

– Əlbəttə, yox. Biz hər oyuna qələbə üçün çıxırıq. Məqsədimiz budur. Amma bayaq da dediyim kimi, çatışmazlıqlar üzərində çalışmalıyıq. İnanıram ki, bundan sonra bizdə hər şey alınacaq.

– "Transfer pəncərəsi"nin son günlərində "Sabah" heyətinə 3 yeni oyunçu qatdı. Timoteuş Puxaç, Aaron Maluda və Aleksey İsayev haqda fikriniz necədir? Onlar komandanın gücünə güc qata biləcəklər?

– Yeni gələnlər kifayət qədər keyfiyyətli oyunçulardır. Düşünürəm ki, onların bizimlə olması komandada ümumi keyfiyyətin və rəqabətin artmasına səbəb olacaq ki, bu da müsbət amildir.

– Növbəti turda "Turan Tovuz"u qəbul edəcəksiniz. Şansları necə dəyərləndirirsiniz?

– Şanslar barədə danışmaq istəməzdim. Sadəcə, onu deyə bilərəm ki, komanda olaraq əlimizdən gələni edəcəyik ki, meydandan 3 xalla ayrılaq.

– "Zirə" və "Araz-Naxçıvan" ötən mövsümdəki kimi, yenə iddialıdırlar. "Turan Tovuz"un 4 oyuna 3 qələbə qazanması bu komandanın da avrokuboklara iddialı olduğunu göstərir. Üstəlik, mövsümə uğurlu başlamış "Sumqayıt" var. "Neftçi" də qələbə seriyasına başlasa, "Sabah"ın avrokuboklara vəsiqə qazanmaq işi daha da çətinləşməyəcək?

– Bu komandalar mövsümə çox yaxşı başlayıblar. Bu da çempionata əlavə rəng qatır, daha rəqabətli liqa halına gətirir. Biz komanda olaraq öz oyunumuz və nəticələrimiz barədə düşünürük. Yalnız qarşıdakı matçlarımıza, bu oyunlarda qələbəyə köklənirik.

– Azərbaycan çempionatında çıxış edən ən yaxşı qapıçılardansınız. Maraqlıdır, siz özünüz Premyer Liqamızda çıxış edən qolkiperlərdən kimləri daha çox bəyənirsiz?

– Xoş sözlərinizə görə təşəkkür edirəm. Amma mən digər komandaların yox, öz qapıçılarımız barədə fikirlərimi bildirmək istərdim. Hazırda komandamızda olan Nicat Mehbalıyev, Rüstəm Samiqullin və Rauf Əyyubov kifayət qədər bacarıqlı qapıçılardır. Onlar öz üzərlərində indiki kimi çalışmağa davam etsələr, inanıram ki, Azərbaycanda ən yaxşı qapıçılardan olacaqlar.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 10:33

Misirli voleybolçu Abouelsoud Elsayed Emam “Murov Az Terminal”a transfer olundu

Basketbol
Bu gün, 10:12

Neftçi basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsində Estoniyanın “Parnu” komandasına qarşı çıxacaq

Digər
Bu gün, 06:27

Usman Nurməhəmmədov qardaşının nokautlu məğlubiyyətini və gələcək planlarını açıqladı

Futbol
Bu gün, 05:13

‘Juventus’ azarkeşlərinin sükuta riayət etməməsi üçün cərimələndi

Güləş
Dünən, 23:25

AGF‑nin təşkil etdiyi milli komandalar üçün Şamaxıda iki günlük təlim proqramı

Futbol
Dünən, 23:07

“Barselona”nın yeni futbolçusu Karim Adeyemi’nin sürət sirri: Fufu yeməyi

Cüdo
Dünən, 22:11

Veteran cüdoçularımız dünya çempionatında iki yeni qızıl medal qazandı

Basketbol
Dünən, 21:57

Sumqayıt basketbol klubu Kamran İmanovla yeni illik müqavilə imzaladı

Futbol
Dünən, 20:58

Fənərbaxçanın yarımmüdafiəçisi Dorqeles Nene klubdan ayrılmaq istəyir

Futbol
Dünən, 20:28

Beşiktaş hücumçusu Duşan Vlahoviç milli komandada zədələndi

Futbol
Dünən, 19:44

Rəhman Daşdəmirov: “Millətlər Liqası hazırlıq matçında qalib gəlmək üçün tam hazırıq”

Futbol
Dünən, 19:38

Ayxan Abbasov: Tacikistanla test oyununda qələbə qazanmaq niyyətindəyik

Digər
Dünən, 18:13

Anna Yusupova: Dünya çempionatındakı yarımarafon təcrübəsi və nəticəsi

Futbol
Dünən, 17:53

Kəpəz futbolçusu Əli Səmədovun zədəsi və təxmini sağalma müddəti açıqlanıb

Qarabağ FK
Dünən, 17:40

Azərbaycan qadın milli futbol komandası Qarabağ Universitetində gənc tələbələrlə görüşdü

Futbol
Dünən, 15:16

Rəhim Həsənov Qəbələ‑Neftçi matçında hakimın səhvini etiraf etdi

Futbol
Dünən, 14:49

“Sabah”ın Çempionlar Liqası ev oyunları üçün bilet satış modeli haqqında klub açıqlaması

Basketbol
Dünən, 14:10

“Sumqayıt” basketbol klubunun yeni məşqçi heyəti açıqlanıb

Qarabağ FK
Dünən, 11:39

Mateuş Koxalski, Azərbaycan liqasını “ekzotik liqa” adlandıraraq Avropada karyerasına davam etmək istədiyini bildirdi

Futbol
Dünən, 10:14

“Araz‑Naxçıvan”ın yeni prezidenti: “Nəticə olmadan komanda düz getmir”

Minifutbol
Dünən, 09:36

AFFA futzal üzrə seçki məşqlərini 24‑26 sentyabr tarixlərində “Olimpik Star” idman kompleksində keçirəcək

Futbol
Dünən, 04:47

İngiltərə millisinin beş futbolçusu zədələr səbəbindən düşərgəni tərk etdi

Futbol
21 sentyabr 2026, 23:39

“Liverpool” Barcelona müdafiəçisini birdəfəlik transfer etmək istəyir

Futbol
21 sentyabr 2026, 23:24

Markizionun 17 yaşlı oğlu Davide Markizio “Yuventus”da 2028-ci ilə qədər peşəkar müqavilə imzaladı

Oxşar xəbərlər