Futbol agenti və funksioneri Timur Lepsaya Stanislav Çerçesovun tezliklə Qroznı təmsilçisi "Axmat"dan qovulacağını bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə qonaq olduğu "Comment.Show" "youtube" kanalında bildirib:
"Bu məsələ demək olar həll olunub. Bunun kimin təşəbbüsü olduğunu bilmirəm. Bildiyim odur ki, sənədlər hazırlanır – bəlkə də artıq hazırdır".
Qeyd edək ki, Çerçesovun rəhbərlik etdiyi komanda 13 oyundan topladığı 11 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. Qroznı təmsilçisi sonuncu turda Moskva "Dinamo"suna 0:2 hesabı ilə məğlub olub.