top
Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir Idman.biz
Bu gün, 12:00
- ↺ +

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

"Qazaxda futbola maraq kifayət qədər yüksəkdir və hazırda müxtəlif yaş qruplarında 100-dən çox uşaq bu idman növü ilə məşğul olur".

Bu sözləri Qazaxın "Göyəzən" futbol komandasının baş məşqçisi Süleyman Məmmədov İdman.Biz-ə müsahibəsində deyib.

Mütəxəssis bölgədə uşaq futbolunun inkişafından, komandanın maddi-texniki bazasından, sponsor çatışmazlığından, ev oyunlarını Tovuzda keçirmək məcburiyyətində qalmasından və "Sabah"la əməkdaşlıq da danışıb.

- Qazax rayonunda uşaqların futbola marağı hansı səviyyədədir?

- Bilirsiniz ki, qərb bölgəsi futbol bölgəsidir. Rayonumuzda futbola maraq çox böyükdür. Uşaqlarımız həvəslə məşqlərə gəlirlər. Hazırda 100-dən çox uşağımız futbolla məşğul olur. Hətta kəndlərimizdən də gələnlər var. Qızlardan ibarət komandamızın olması da futbola marağın yüksək olduğunu göstərir.

- Bu uşaqlar hansı yaş qruplarında yarışlarda iştirak edirlər?

- Doqquz yaşdan 14 yaşadək uşaqlarımız müxtəlif yarışlarda çıxış edirlər. Qızlardan ibarət komandamızda isə 12 yaşlı futbolçular yer alırlar. Onlar bu ildən yarışlarda iştirak edirlər.

- "Göyəzən"in maddi-texniki bazası hansı vəziyyətdədir?

- Biz oyunlarımızı Qazaxın mərkəzi stadionunda keçirirdik. Hazırda həmin stadion Həmkarlar İttifaqının balansında olduğu üçün müəyyən çətinliklərlə üzləşirik. Hətta Region Liqasında çıxış edən komandamız da orada ev oyunlarını keçirə bilmir. Mövsümün açılış oyununu keçirmək üçün Tovuza gəlməli olduq. AFFA ilə Həmkarlar İttifaqı arasında danışıqlar aparılır. Federasiya çalışır ki, ev oyunlarımızı yenidən Qazaxda keçirə bilək.

- Stadiondan istifadə ilə bağlı müqavilənin uzadılmamasının səbəbi nədir?

- 23 il ərzində "TuranBank" bizə sponsorluq edib. Həmin müddətdə stadionun icarə haqqını da onlar ödəyirdilər. Nə qədər vəsait ödənildiyindən xəbərimiz yoxdur. Artıq sponsorumuz olmadığı üçün icarə haqqını ödəyə bilmirik. Bizə bildirirlər ki, müqavilə bağlanmalı və icarə haqqı ödənilməlidir.

- Bəs icarə haqqının məbləği barədə sizə məlumat verilibmi?

- Xeyr, nə qədər pul ödənilməli olduğu barədə bizə heç bir məlumat verilməyib. Açığı, sponsorumuz olmadığı üçün özümüz də məbləği soruşmamışıq. Çünki hazırda həmin vəsaiti ödəmək imkanımız yoxdur.

- "Göyəzən"in yetirmələrinə ölkənin digər klublarından maraq göstərilirmi?

- Bəli, bizim "Sabah"la əməkdaşlıq müqaviləmiz var. Onlar uşaqlarımızı izləyirlər. Bəyəndikləri futbolçuları öz akademiyalarına dəvət edirlər.

- Hazırda "Sabah"ın sistemində "Göyəzən"in neçə yetirməsi var?

- İki futbolçumuz "Sabah"ın sistemində olub. Onlar hazırda "Sportinq"də çıxış edirlər.

- Ev oyunlarınızı Tovuzda keçirdiyinizi bildirdiniz. Bunun üçün hər hansı ödəniş edirsiniz?

- Xeyr, bizdən heç bir ödəniş tələb olunmur. Region Liqasında çıxış edən "Göyəzən" komandasına yaratdıqları şəraitə görə "Turan Tovuz"un rəhbərliyinə təşəkkür edirəm. Bizə kömək etdilər və oyunumuzu onların ehtiyat meydançasında keçirdik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Futbol
Bu gün, 10:20

Leipzig, Nkunku üçün 'Milan'a təklif göndərdi

Basketbol
Bu gün, 10:16

Fransalı Viktor Vembanyama NBA tarixində 40 xal, 11 ribaund, 9 blok və 2 üçxallıqla unikal rekord yaratdı

Futbol
Bu gün, 10:09

Milan futbolçusu Yunus Musanın müqaviləni uzatmaq istəyir;

Voleybol
Bu gün, 10:01

Turan Voleybolçusunun Hərzə Gözəl Hərəkəti: Yuliya Kərimova Itə Hədiyyə Yedirdi

Qarabağ FK
Bu gün, 10:00

Marko Yanković Qarabağdan ayrıldı: Yarımmüdafiəçi yeni müqavilə üçün söhbətləri dayandırdı

Futbol
Bu gün, 09:42

Ten Hag Ronaldo'ya Kritiklərlə Qarışdı – Münaqişə 2022-ci ildə Başladı

Futbol
Bu gün, 09:40

Caka zədəsi səbəbindən İsveçrə milli takımdan uzaqlaşdırıldı

Voleybol
Bu gün, 09:35

"Turan" voleybol klubu Çempionlar Liqası qrup mərhələsinə vəsiqə qazanma şansını artırır;

Futbol
Bu gün, 09:31

Barselona Bavariya müdafiəçisini transfer etməyə çalışır, amma nəticəsiz qalır

Futbol
Bu gün, 09:20

Lion U-17 futbolçuları silahla hücum edildi

Güləş
Bu gün, 09:16

Çimərlik Güləşində Azərbaycan Komandası 3 Qızıl, 1 Gümüş Medal Qazanaraq Unikal Uğur Qazanır

Güləş
Bu gün, 09:01

Dakar 2026 Yay Olimpiya Oyunlarından çimərlik güləşçilərimiz qızıl və gümüş medallar ilə Vətənə qayıtdı - FOTO

Basketbol
Bu gün, 09:00

FIBA Çempionlar Liqası: "Sabah" bu gün Bakıda "Trabzonspor"a qarşı oynayacaq

Futbol
Bu gün, 08:40

Antuan Arno klubun yeni prezidenti seçildi

Futbol
Bu gün, 08:21

Flik: Barselona Məşq Bazasında Yeni Trenajor Zalı Yığılır

Oxşar xəbərlər