Futbol üzrə Rusiya Premyer Liqasının XI turu çərçivəsində keçirilən "Krasnodar" - "Axmat" (Qroznı) matçında qalmaqal yaşanıb.
İdman.biz xəbər verir ki, ev sahiblərinin kapitanı və Ermənistan millisinin üzvü Eduard Spertsyan rəqibin senaqallı futbolçusu Usman Ndonqanı irqi zəmində təhqir edib.
26 yaşlı müdafiəçi bu təhqirdən sonra erməni futbolçunu vurub və qırmızı vərəqə ilə cəzalandırılıb.
Oyundan sonra verdiyi açıqlamada E.Spertsyan Ndonqanı təhqir etmədiyini və iddialarla razılaşmadığını bildirib.
25 yaşlı yarımmüdafiəçinin irqçilik etdiyinə görə Rusiya Futbol Federasiyası tərəfindən 10 oyunluq cəzalandırılacağı gözlənilir.
Qeyd edək ki, "Krasnodar" - "Axmat" matçı ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.