 Idman.biz
                                                    Idman.biz
                                            
                    
                    "Yuventus"un yeni baş məşqçisi Luçiano Spalletti Turin klubunun turnir ambisiyalarından danışıb.
İdman.Biz bildirir ki, hazırda "zebralar" İtaliya A Seriyasının turnir cədvəlində 15 xalla yeddinci yerdədirlər.
Komanda liderdən altı xal geridədir.
"Ümid edirəm ki, "Yuventus"u yenidən çempionluq yarışına qaytaracağam. Biz bunu artıq oyunçularla ilk görüşdə müzakirə etmişik. Mümkün qədər qətiyyətli olmalıyıq; hələ qarşıda çoxlu oyun var və mən karyeramdahər şeyi görmüşəm. "Yuventus" oyunçularının ustalıq səviyyəsinə tam hörmətim var", - deyə Spalletti bildirib.
