Ötən gün 21 yaşlılar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilən Şotlandiya – Azərbaycan (3:3) oyununda maraqlı anlar yaşanıb.
İdman.Biz "Qafqazinfo"ya istinadən xəbər verir ki, matçın 46-cı dəqiqəsində britaniyalıların oyunçusu Adedire Mebude onunla mübarizə aparan yığmamızın oyunçusu Rüfət Abbasovu öpmək istəyib.
Həmin anlar isə kameralara yansıyıb və maraqla qarşılanıb.