top
Son Hın Min 10 illik Tottenhem karyerasını bitirir Idman.biz
02 avqust 2025, 09:58
- ↺ +

Son Hın Min 10 illik "Tottenhem" karyerasını bitirir

"Tottenhem Hotspur"un hücumçusu Son Hın Min klubdan ayrılır.

İdman.biz xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə vətəni Cənubi Koreyada keçirdiyi mətbuat konfransında açıqlayıb.

2015-ci ildən "Tottenhem"də çıxış edən, komandanın kapitanı olan Son Hın Min deyir: "Bildirmək istəyirəm ki, bu yay klubdan ayrılmaq qərarını verdim. Hörmətlə qeyd etmək istəyirəm ki, klub da bu qərarımda mənə dəstək olur.

Bu, karyeramın ən çətin qərarı idi. Çoxlu möhtəşəm xatirələr var. Bu qərarı vermək inanılmaz dərəcədə çətin idi. İnkişaf etməyə davam etmək üçün yeni bir mühitə ehtiyacım var. Bir qədər dəyişikliyə ehtiyacım var – on il çox uzun bir müddətdir. Şimali Londona gələndə hələ uşaq idim, 23 yaşım var idi – çox gənc bir yaş. İndi isə bu klubdan böyümüş, qürurlu bir kişi kimi ayrılıram.

"Tottenhem" azarkeşlərinə göstərdikləri sevgi üçün təşəkkür etmək istəyirəm. Ümid edirəm ki, belə bir qərar üçün doğrudan da doğru zamandır. Ümid edirəm ki, hamı bunu anlayacaq və hörmətlə qarşılayacaq.

Komanda yoldaşlarıma bunu demək çox çətindir, çünki onlarla ailəndən də çox vaxt keçirirsən.

Klubu tərk etmək qərarını verəndən xeyli vaxt keçib. Son günlər çox çətin keçdi. Çöldən enerjili görünmək asan deyildi, amma klubuma və komanda yoldaşlarıma zərər verməmək üçün əlimdən gələni etdim. Qərar artıq verilib, amma burada qalan son iki gündə azarkeşlərlə gözəl xatirələr yaratmaq istəyirəm".

Qeyd edək ki, Son Hın Min ümumilikdə 10 il ərzində "Tottenhem"in heyətində 454 oyunda 173 qol vurub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Digər
Bu gün, 22:43

Bakıda keçiriləcək dünya çempionatında 78 ölkə tarix yazacaq

Digər
Bu gün, 22:39

Fiqu Lamin Yamal barədə: “Onunla oynasaydım, sol cinaha keçməli olardım”

Digər
Bu gün, 22:32

Azərbaycan və Qazaxıstan güləş federasiyaları arasında əməkdaşlıq müzakirə olunub - FOTO

Digər
Bu gün, 22:31

“Şamaxı”da yeni təyinat

Digər
Bu gün, 22:24

“Barselona”nın “Real Madrid”lə oyunda sağ cinah müdafiəçisi müəyyənləşir

Digər
Bu gün, 22:20

"Sabah Arena"da "Masazır tribunası"

Digər
Bu gün, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Bu gün, 21:56

“Sabah”da yeni transfer

Digər
Bu gün, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Bu gün, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Digər
Bu gün, 21:29

Arda Güler “Real Madrid”lə müqaviləsini beş il müddətinə uzadıb

Digər
Bu gün, 21:26

Ronaldo üçün şərtlər açıqlandı

Digər
Bu gün, 21:03

İstiqlal idman idarəsinin direktoru Qazaxıstan-Azərbaycan əməkdaşlığına dair: Çövkən və kökpar üzrə birgə festival keçirilməsinə hazırdıq

Futbol
Bu gün, 20:57

Mançester Yunaytedin 1:4 məğlubiyyətindən sonra Maykl Kerrikin işi yəqin ki, Başlanğıc matçı Bornmut qarşısında deyil, yeni baş məşqçi axtarışı ilə sınaqdan keçirəcəkdir

Futbol
Bu gün, 20:54

Real Madrid, Barcelona və PSG Haaland üçün rəqabət aparır, Real iki ulduzunu satmaq məcburiyyətində qala bilər

Digər
Bu gün, 20:39

“Bavariya”ya ağır zərbə: Luis Dias bir neçə həftə oynaya bilməyəcək

Digər
Bu gün, 20:27

"Real"ın prezidenti "El Klasiko"da iştirak etməyəcək

Futbol
Bu gün, 20:20

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri məlum oldu

Cüdo
Bu gün, 20:13

Lökbatanda "TT FIGHT" peşəkar döyüş klubunun yeni idman zalı açıldı

Futbol
Bu gün, 20:05

Harri Keyn birinci, Yamal ikinci, Mbappé üçüncü

Cüdo
Bu gün, 20:01

Azərbaycan veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu

Futbol
Bu gün, 19:51

Famil Xəlilov: Azərbaycan U-15 Dünya Çempionatında layiqincə təmsil olunmaqdır

Futbol
Bu gün, 19:51

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri Azərbaycan və Özbəkistanda rəsmi olaraq açıqlanıb

Oxşar xəbərlər