Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.
İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində 7 matç baş tutub.
Azərbaycan çempionu "Qarabağ" "Lüdoqorets"i qəbul edub və 1:2 hesabı ilə uduzub. Eyni nəticə Türkiyə təmsilçisi "Fənərbaxça" ilə "Lill"in görüşündə də qeydə alınıb. Fransada keçirilən oyunda meydan sahibləri son dəqiqələrlə qələbə topunu vurublar.
Kiyev "Dinamo"su isə "Reyncers"lə qarşılaşmada qələbə hesabı qoruya bilməyib.
Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyunlar
6 avqust
20:00. "Qarabağ" - "Lüdoqorets" - 1:2
21:00. "Malmö" - PAOK - 2:2
21:15. "Midtulland" - "Ferentsvaroş" - 2:0
22:00. "Dinamo" K - "Reyncers" - 1:1
22:00. "Sparta" - "Styaua" - 1:1
22:30. "Lill" - "Fənərbaxça" - 2:1
22:45. "Zalsburq" - "Tvente" - 2:1
Qeyd edək ki, ilk oyunlara sabah keçiriləcək üç oyunla yekun vurulacaq.
İdman.biz