"Neftçi"nin yeni baş məşqçisinin adına sabah aydınlıq gələcək. Sport24.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar"ın rəhbərliyi artıq Samir Abbasovla şəxsi müqavilə şərtlərini razılaşıb.
Paytaxt klubunun rəsmiləri hazırda "Sumqayıt"la müqaviləsi davam edən mütəxəssis üçün "kimyaçılar"ın rəhbərliyi ilə təzminat məsələsi haqda müzakirə aparır. Bu məsələdə ortaq məxrəcə gəlmək mümkün olsa, Abasov "ağ-qaralar"ın yeni baş məşqçisi olacaq.
Qeyd edək ki, Roman Qriqorçukun istefasından sonra "Neftçi"nin baş məşqçisi boş qalıb.