top
Son 21 ildə Qızıl topa namizəd ilk türk futbolçusu İdman.biz
13 sentyabr 2024, 17:23
- ↺ +

Son 21 ildə "Qızıl top"a namizəd ilk türk futbolçusu

Türkiyə millisi və "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu 21 illik fasilədən sonra rəsmi adı "Ballon d"Or" olan "Qızıl top" mükafatına namizədlər arasında yer alan ilk türk futbolçusu olub.

İdman.biz xəbər verir ki, Türkiyə təmsilçiləri arasında sonuncu dəfə bu şərəfə 2003-cü ildə "Real Sosyedad"da oynadığı vaxt Nihat Kahveci layiq görülüb: o, sorğuda 3 xal toplayaraq italiyalı Françesko Totti ilə 18-19-cu yerləri bölüşdürüb.

Yayda Çalhanoğlu Türkiyə millisi ilə Avro-2024-də kifayət qədər uğurlu çıxış edərək turnirin dörddəbir finalına yüksələ bilib. Ulduz yarımmüdafiəçi, eyni zamanda, Rüştü Reçberdən sonra üç Avropa çempionatında iştirak edən ikinci türk futbolçusu olub. O, Almaniyada keçirilən turnirdə Çexiyaya 2-1 hesabı ilə qalib gəldikləri son qrup oyununda qol da vurub.

Çalhanoğlu ötən mövsüm xüsusilə "İnter"də əla çıxış edib. O, Simone İnzaginin komandası 20-ci Skudettosunu qazananda (Çalhanoğlunun siftəsi) 32 oyunda 13 qol vurub (şəxsi rekordu!) və üç məhsuldar ötürmə verərək aparıcı oyunçulardan biri olub. Rəsmən A seriyasının ən yaxşı yarımmüdafiəçisi seçilib və "SofaScore"un qiymətləndirməsinə görə, müvafiq olaraq, ortalama 7.31 və 7.68 nəticələrlə son iki mövsümdə İtaliya çempionatının ən yaxşı oyunçusu olub.

Buna baxmayaraq, yayda Çalhanoğlunun "İnter"dəki gələcəyi sual altında idi. Belə ki, o, Avro-2024 zamanı "Bayern"in yeni baş məşqçisi Vinsent Kompaninin əsas hədəfinə çevrilmişdi. Bildirilir ki, bavariyalılar onu keçən mövsüm titulsuz qaldıqdan sonra güclü orta xətti bərpa etmək üçün potensial oyunçu kimi görürdülər.

Mətbuat hətta "İnter"linin klubdan gizli Almaniya nəhəngi ilə şəxsi müqaviləsinin şərtləri ilə bağlı danışıqlar apardığını bildirmişdi. Məlumata görə, "Bayern" 30 yaşlı futbolçuya 4 illik müqavilə və İtaliyada aldığından daha yüksək maaş təklif edibmiş.
Üstəlik, "Bavariya"nın onun üçün Milan klubuna təxminən 70 milyon avro ödəməyə hazır olduğu da deyilirdi.

Nəhayət, "Sky Sports"a verdiyi müsahibədə Çalhanoğlu yayda "Bayern"ə mümkün keçidi ilə bağlı yayılan şayiələrə toxunub. O, "Cüzeppe Meazza"dan ayrılmağa çalışdığı ilə bağlı deyilənləri qəti təkzib edib: "Məni tanıyanlar necə biri olduğumu bilirlər. Həmişə susuram və az danışıram. Heç vaxt ayrılmağı düşünməmişəm. Söz-söhbətlər çıxanda belə, "İnter"də qalacağıma əmin olmuşam. Bütün diqqətimi işimə yönəltmək istədim və hamını sakitləşdirmək üçün yalnız sonda danışmağa qərar verdim".

"Calcio & Finanza"ya görə, Çalhanoğlu A seriyasında ən çox maaş alan dörd oyunçudan biridir. Viktor Osimhen "Napoli"dən ayrıldıqdan sonra Duşan Vlahoviç "Yuventus"da mövsümə 12 milyon avro xalis gəlirlə A seriyasının ən çox qazanan futbolçusu olub. Onun ardınca bu yaxınlarda yeni və daha sərfəli şərtlərlə müqavilələr imzalamış "İnter"in üçlüyü gəlir: əlavə bonusları saymasaq, 9 milyon avro ilə Lautaro Martinez və hər biri 6,5 milyon avro ilə Çalhanoğlu və Barella və üstəgəl bonuslar.

Təbii ki, Çalhanoğlunun 2023/24 mövsümünün "Qızıl top"unu qazanmaq şansı yüksək deyil. Nüfuzlu mükafatı almağa əsas namizədlərin reytinqini tərtib edən Goal.com da onu 15 futbolçunun olduğu siyahıya daxil etməyib.
Türkiyəli futbolçunun özü "İnter"dəki oyundaşı Lautaro Martinezin "Qızıl top"u alacağına ümid etdiyini bildirib: "O, bizim kapitanımızdır, komanda yoldaşlarını idarə etməyi bacarır və hər zaman yeni nəyisə necə etməyi yaxşı bilir. O, çox qol vurur və əsas da budur. Ümid edirəm ki, mükafata layiq görüləcək".

Düzdür, "Qızıl top"u qazanmağa əsas namizədlər kimi, əsasən, "Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junior və "Mançester Siti"nin ispaniyalı dayaq yarımmüdafiəçisi Rodrinin adları çəkilir.

Qeyd edək ki, "Qızıl top"un yeni sahibi oktyabrın 28-də Parisdə elan olunacaq.

Rasim
İdman.az

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Futbol
Bu gün, 10:20

Leipzig, Nkunku üçün 'Milan'a təklif göndərdi

Basketbol
Bu gün, 10:16

Fransalı Viktor Vembanyama NBA tarixində 40 xal, 11 ribaund, 9 blok və 2 üçxallıqla unikal rekord yaratdı

Futbol
Bu gün, 10:09

Milan futbolçusu Yunus Musanın müqaviləni uzatmaq istəyir;

Voleybol
Bu gün, 10:01

Turan Voleybolçusunun Hərzə Gözəl Hərəkəti: Yuliya Kərimova Itə Hədiyyə Yedirdi

Qarabağ FK
Bu gün, 10:00

Marko Yanković Qarabağdan ayrıldı: Yarımmüdafiəçi yeni müqavilə üçün söhbətləri dayandırdı

Futbol
Bu gün, 09:42

Ten Hag Ronaldo'ya Kritiklərlə Qarışdı – Münaqişə 2022-ci ildə Başladı

Futbol
Bu gün, 09:40

Caka zədəsi səbəbindən İsveçrə milli takımdan uzaqlaşdırıldı

Voleybol
Bu gün, 09:35

"Turan" voleybol klubu Çempionlar Liqası qrup mərhələsinə vəsiqə qazanma şansını artırır;

Futbol
Bu gün, 09:31

Barselona Bavariya müdafiəçisini transfer etməyə çalışır, amma nəticəsiz qalır

Oxşar xəbərlər