"Sabah"dan ayrılan Sofian Çakla Yunanıstanda oynayacaq. Sport24.az xəbər verir ki, 31 yaşlı mərakeşli müdafiəçi karyerasını Yunanıstanda çıxış edəcək.
O, "Larissa" ilə anlaşıb. Çakla Yunanıstan klubu ilə 1 illik müqavilə imzalayıb.
Sofian 2023-2025-ci illərdə "Sabah"ın formasını geyinib.