Macarıstan millisinin yarımmüdafiəçisi Dominik Soboslai hazırkı klubu "Liverpul"la yeni müqavilə imzalayacaq. Sport24.az xəbər verir ki, "Caught Offside" məlumat yayıb.
Mənbənin sözlərinə görə, yarımmüdafiəçi "Real" və "Bavariya"nın təklifini geri çevirərək uyğunlaşdığı və dəyərli hiss etdiyi klubda qalmağı seçib.
Qeyd edək ki, 25 yaşlı macar futbolçu bu mövsüm "Liverpul2un heyətində 27 matça çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.