Sloveniyada yaşayan azərbaycanlılar "Sabah" klubuna müraciət ediblər.
Bu barədə "Report"a Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
Onun sözlərinə görə, həmyerlilərimiz komandanın sözügedən ölkədə keçirəcəyi UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu ilə bağlı kluba müraciət ünvanlayıblar:
"Bizi dəstəkləyəcək azarkeşlərin sayı oyun günü dəqiqləşəcək. Sloveniyada yaşayan həmyerlilərimizdən müraciət edənlər var. Amma yekun say oyun günü dəqiq bilinəcək".
Qeyd edək ki, "Sele" - "Sabah" oyunu iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Tərəflər arasında Bakıda gerçəkləşən ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.