top
Slavko Georgiyevski: Neftçidə ən böyük problem psixoloji durumdur - MÜSAHİBƏ İdman.biz
17 aprel 2025, 14:23
- ↺ +

Slavko Georgiyevski: "Neftçi"də ən böyük problem psixoloji durumdur" - MÜSAHİBƏ

"Neftçi"nin sabiq futbolçusu Slavko Georgiyevskinin Sportal.az saytına müsahibəsi

- "Neftçi" Premyer Liqanın son turunda 2:0 öndə olsa da, yekunda "Zirə"yə 2:4 hesabı ilə uduzdu. Səncə, komanda iki qol vursa da, niyə qələbə qazana bilmir?

- Futboldur da, olur. 2:0 qol vurduqdan sonra 1 qol buraxırsansa, hesabı qorumaq şansı yarıya enir. Belə durumlarda yekun nəticə böyük ehtimalla 2:2 bitir. Amma 2:4 hesabı ilə uduzmaq...Bu, artıq çox şeydən xəbər verir. Yəqin ki ,"Neftçi"də əsas problem psixoloji məsələdir.

- Yayda "Neftçi"nin heyətini sıfırdan qurmaq lazımdır?

- Böyük ehtimalla dəyişiklik lazımdır. Hazırkı futbolçular komandanın səviyyəsini yüksəldə bilmir. Yaydan başlayaraq iki il ərzində kollektiv qurmaq lazımdır. Amma böyük dəyişiklik də komandaya pis təsir edə bilər. Maksimum 2-3 yeni oyunçu gətirmək mütləqdir.

- Komandanın baş məşqçisi Samir Abasov da bildirib ki, onlar üçün prioritet məsələ ölkə kubokunu qazanmaqdır. Premyer Liqada 2:0 öndə olan komanda sonda uduzursa, kubokda hansı nəticəyə ümid edə bilər?

- "Neftçi"nin çempionluq şansının qalmadığı dekabrdan artıq bəlli idi. O zaman klub kuboku götürməlidr. Birinci pillədəki "Qarabağ"la bu qədər xal fərqi varsa, Avropada necə oynayacaqlar? Nəsə demək çətindir.

- Yeri gəlmişkən, "Neftçi" ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşündə "Sabah"a evdə 1:2 uduzub. "Neftçi"nin final şansı nə qədərdir?

- "Neftçi" "Sabah"ı məğlub etməlidir. Əgər bu baş verməsə...Artıq biabırçılıq deməkdir. O zaman yeni komanda qurulmalıdır. U-19, U-21 yığmasının ən yaxşı futbolçularını "Neftçi"yə cəlb etmək lazımdır. Üstəlik, bir neçə yaxşı legioner futbolçu. Belə olmasa, nə bilim...İki il ərzində yaxşı komanda qurmaq lazımdır. Amma nəsə udmaq üçün tələsmək lazım deyil. Onsuzda "Neftçi" çempionluğu qazana bilmir. İki il ərzində yeni komanda qurduqdan sonra hücuma keçmək mütləqdir. Məhz o vaxtı çempionluq əldə etmək olar. Yoxsa, hər yay oyunçuları dəyişməklə nəsə əldə etmək mümkün deyil.

- 2025/2026 mövsümündən Premyer Liqada legioner limiti tətbiq olunmayacaq. Bu qərar "Neftçi"yə necə kömək olacaq?

- Xeyr, mən razı deyiləm. Tutaq ki, bu qərar "Neftçi" və digər klublara kömək oldu. Bəs, yerli futbolçular necə olacaq? Milli komanda necə olacaq? Legionerlər çox olsa, yerli futbolçular nə etməlidir? Onlar heyətə düşmək üçün daha çox çalışmalıdır. Hər halda, bu qərarın həm üstün, həm də mənfi cəhətləri var. Məncə, gənc futbolçuları inkişaf etdirib və yaxşı legionerlər gətirmək olar. U-19 və U-21 yığmasındakı ən yaxşı oyunçular "Neftçi"də oynamalıdır və belədə, inkişafları mümkündür.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:29

"Bode-Glimt"ə evində Mançester Siti, İnter, Sporting və Bormuniya məğlub olub (Çempionlar Liqası)

Futbol
Bu gün, 19:28

Marafon və Dinamo qələbə qazandı

Digər
Bu gün, 19:22

Avstraliyada Kotton Kubokunda atdan yıxılan 22 yaşlı jokey İzzi Nil vəfat edib

Futbol
Bu gün, 19:08

Kukurelya: İngiltərənin Premier Liqası daha açıq və gözlənilməzdir

Digər
Bu gün, 19:03

İgidlər Göygöldə keçirilən intellektual yarışda birinci oldu

Cüdo
Bu gün, 18:56

EJU vaxt uzatmağa görə cəza tətbiqini izah etdi

Futbol
Bu gün, 18:45

Van Deyk Liverpulda qalma və yeni klubda davam etmə ehtimallarından narahat olmadığını bildirib

Futbol
Bu gün, 18:38

Lorenzo Mezzoteronun topuğunda burxulma şübası yarandığı açıqlanıb

Futbol
Bu gün, 18:29

“Barselona” Conatay Ta-nı transfer etmək istəyir

Basketbol
Bu gün, 18:25

Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir başlanğıc göstərərək seçilmiş üçlüyə daxil oldu

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:16

Emin Abbasov yeni müşavir təyin edildi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Oxşar xəbərlər