top
Şkendiyanın baş məşqçisi Qarabağı favorit hesab etməsinin səbəblərini açıqlayıb Sport24.az
04 avqust 2025, 20:27
- ↺ +

"Şkendiya"nın baş məşqçisi "Qarabağ"ı favorit hesab etməsinin səbəblərini açıqlayıb

"Şkendiya" UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında "Qarabağ"ı qəbul edəcək. Sport24.az xəbər verir ki, Şimali Makedoniya təmsilçisinin baş məşqçisi Jeton Beqiri matçdan öncə keçirilən mətbuat konfransında fikirlərini bildirib:

 

"Avrokuboklarda hər komandanın özünəməxsus keyfiyyətləri var. Komanda olaraq maksimum səviyyədə olmaq vacibdir. Daha sonra həftə ərzində təhlillər apararaq, rəqibin güclü tərəflərini təhlil edərək, onları zərərsizləşdirməyə və yaradılan imkanlardan istifadə etməyə çalışacağıq. Söhbət son dərəcə ciddi komandadan gedir. "Qarabağ" 12 mövsümdə 11 dəfə çempion olub. Onların 17 il ardıcıl komandaya rəhbərlik edən çox ciddi və yaxşı baş məşqçiləri var. Rəqibə hörmətlə yanaşsaq, hər an özümüzə hörmət etməyi unutmayacağıq.

 

Bizim üçün ən yüksək səviyyədə çıxış etmək çox vacibdir. FKSB ilə ilk matçdan sonra oyundan razı deyildim. Bilirdim ki, irəliləmək üçün daha yaxşı oynamalıyıq. İnanıram ki, şanslarımız çox olacaq. Çox diqqətli olmalı, şansımızdan istifadə etməliyik.

 

Düşünürəm ki, 90 dəqiqəlik futbol həm hücum, həm də müdafiə vəziyyətləri gətirir. Biz əlimizdən gələni etməyə çalışan komandayıq. Normalda elə vəziyyətlər olur ki, hücumda çox aqressiv oluruq və ya elə vəziyyətlər olur ki, yaxşı müdafiə olunuruq. Amma buna baxmayaraq, düşünmək və qol vuracağımıza ümid etmək lazımdır. İstər Bakıdakı, istərsə də Skopyedəki matçda bu, ən vacib məsələdir.

 

"Qarabağ"la əvvəlki rəqibimiz FKSB arasında müqayisə aparmaq istəməzdim. Çünki söhbət müxtəlif tipli komandalardan gedir. İnanıram ki, "Qarabağ"ın gücü onların baş məşqçisi və uzun müddətdir bir yerdə olan, komandanı ciddiləşdirən bəzi oyunçulardır. Biz rəqibə hörmət etməliyik. Əlbəttə ki, onları favorit hesab edirik. Amma hər şeyi sanımaq üçün 90 dəqiqə var.

 

"Qarabağ" təcrübəli komandadır. Orada Şimali Makedoniya və Albaniyada da oynamış futbolçular var. Onlar çox sərmayə qoyan klubdur. Amma inanmıram ki, bu detallar matça təsir etsin. Futbol həmişə bir çox komponentdən ibarətdir. VAR sistemi, vərəqələr, fərdi səhvlər, komanda şəklində səhvlər var. Pis gecə də ola bilər, mükəmməl gecə də. Demək istəyirəm ki, futbolda hər şey gözlənilir. Müsbət nəticə üçün meydanda öz gücümüzü ortaya qoyacağıq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 14:40

Almaniya millisinin sabiq baş məşqçisi "Mançester Yunayted"i çalışdıra bilər

Qarabağ FK
Bu gün, 14:27

Şahin Diniyev “Sabah” - “Qarabağ” oyununda favoritini açıqladı

Digər
Bu gün, 14:12

“Kəpəz”in legioneri: “Azarkeşlər potensialımın 60-70 faizini görüblər” - MÜSAHİBƏ + VİDEO

Futbol
Bu gün, 14:00

Zirə Kapitanı Gəncə Stadionunu və Azarkeşləri Həvəsli Şərhlərlə Maraqladı

Cüdo
Bu gün, 13:57

Hanna Zaytseva Polşaya xəyanətdə ittiham edilib, "Weszlo" portalının jurnalisti isə onu müdafiə edib

Digər
Bu gün, 13:40

Aleksandr Pluşenkonun Belarusla "bazarlığı" alınmadığından Azərbaycana üz tutub

Digər
Bu gün, 13:27

Azərbaycanın batut və tamblinq üzrə dünya çempionatı üçün heyəti açıqlandı

Futbol
Bu gün, 13:12

Rövşən Nəcəf: Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi etməyə hazırdır

Futbol
Bu gün, 13:00

Yusif İmanov: İmişli 1:0 Turan Tovuz'u məğlub etdi – hədəflərimiz var

Futbol
Bu gün, 12:49

Stas Pokatilov UEFA Çempionlar Liqasının üç turda qapıçı səyvlərində TOP-3‑də

Futbol
Bu gün, 12:48

Ramos 40 yaşında, Xetafe klubunun La Ligayə qayıtma potensialı

Digər
Bu gün, 12:42

Altı həftəlik müalicə, fərdi məşqlər və dönüş: “Kəpəz”in kapitanı Verdaskanın son durumu - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Digər
Bu gün, 12:40

Lionel Skaloni 2030-cu ilə qədər postunda qalacaq

Digər
Bu gün, 12:27

Batut gimnastikası və tamblinq üzrə ölkə birinciliyi keçirilib

Futbol
Bu gün, 12:00

Tovuzda "Turan" adının qaytarılması gözləniləndəyken Fənərbaxça ilə yoxlama oyununa böyük vəsait ayrılması

Futbol
Bu gün, 11:57

Pike “El-Klasiko” öncəsi 4:1 nəticə proqnozunu verdi

Futbol
Bu gün, 11:45

Marko Asensio: Zədəm üçün əməliyyat etdim, sağlamlığımı riskə atdım

Digər
Bu gün, 11:40

PSJ uzun müddətə sırandan çıxan Kvaratsxeliyaya yeni müqavilə təklif edəcək

Digər
Bu gün, 11:36

“Sumqayıt” “Zirə” ilə oyuna üç itki ilə çıxacaq - KLUBDAN İDMAN.BİZ-ə AÇIQLAMA

Futbol
Bu gün, 11:20

I Liqada 6-cı turun yekunu

Qarabağ FK
Bu gün, 11:00

Rus idman jurnalisti “Sabah”ı tərifləyib, “Qarabağ”ı da yadına saldı

Futbol
Bu gün, 10:56

Sabah U-19 məşqçisi Adino Mustedanaqiç: Borussia Dortmund qarşısında oyunundan məmnun

Qarabağ FK
Bu gün, 10:43

Sabahın futbolçusu Eyden Makkarti və Qarabağın keçmiş legioneri Dino Ndlovu eyni tarixi siyahıda

Digər
Bu gün, 10:40

Kral ailəsi Lionel Messini şam yeməyinə dəvət edib

Oxşar xəbərlər