top
Şkendiya kapitanı: Qarabağ favoritdir, amma məğlub edilməz deyil Idman.biz
05 avqust 2025, 14:22
- ↺ +

"Şkendiya" kapitanı: "Qarabağ" favoritdir, amma məğlub edilməz deyil

"Şkendiya"nın hücumçusu və kapitanı Besart İbrahiminin Sportal.az-a müsahibəsi

- "Şkendiya" Çempionlar Liqasının II təsnifat mərhələsində FCSB klubunu hər iki görüşdə məğlub etməyi bacardı. Bunu necə reallaşdırdınız? Yəqin ki, evdəki qələbə sizə böyük inam vermişdi?

- Təbii ki, komanda özünəinamlı idi. Biz hər iki görüşə də qələbə üçün çıxmışdıq. Evdəki qələbə kollektivə böyük inam qazandırdı. Səfər matçında da sona qədər oynadıq və qalib gəldik. Tarixi qələbə qazanmağı bacardıq.

- Üçüncü təsnifat mərhələsindəki rəqibiniz "Qarabağ"dır. "Qarabağ" haqda nə düşünürsən, hansı məlumata sahibsən?

- "Qarabağ" çox yaxşı baş məşqçisi olan, çox yaxşı da komandadır. Bu komandanın çox səviyyəli oyunçuları var və biz onlara böyük hörmətlə yanaşırıq. "Qarabağ" oyunun favoritidir. Amma biz yeni sınağa tam hazırıq. Hamımız inanırıq ki, "Qarabağ"I məğlub edə bilərik. Lakin bir daha deyim ki, favorit "Qarabağ"dır, bunu qəbul edirik. "Qarabağ" bu yay heyətində bəzi dəyişikliklər edib. Amma buna baxmayaraq, klubdan gözləntilər yüksəkdir. Azərbaycanda hamı gözləyir ki, "Qarabağ" "Şkendiya"nı keçməlidir.

- Bəs, Şimali Makedoniyada insanlar nə düşünür?

- Bəli, bizdə də insanlar komandamıza güvənir, etimad göstərir. "Qarabağ" favoritdir, amma məğlubedilməz deyil. Biz meydana inanaraq çıxacağıq. Sona qədər də mübarizə aparacağıq.

- İlk matç Skopyedədir. Bunu özünüz üçün müsbət, yoxsa mənfi hal hesab edirsən? Hər halda, ilk matçda özünəinam qazanmaq mümkündür...

- Ola bilər ki, ilk görüş bizim evimizdədir. Ancaq məncə, bunun heç bir önəmi və fərqi yoxdur. Çünki həm Skopyedə, həm də Bakıda mübarizə aparmalı olacağıq. Ona görə də, bu məqama qətiyyən fikir vermirik.

- Səncə, "Qarabağ"ın ən təhlükəli futbolçusu və ya ən təhlükəli tərəfi hansıdır?

- "Qarabağ"ın ümumilikdə çox yaxşı komanda olduğunu bildirdim. Təbii ki, heyətində çox yaxşı futbolçuları var. Abdullah Zubir və Kadi Borgesi xüsusi vurğulayardım. Ancaq komandada hamısı yaxşı futbolçulardır. Onlara hörmətlə yanaşırıq.

- Maraqlıdır ki, buna qədər "Şkendiya" 2 dəfə Azərbaycan klubu ilə qarşılaşıb və hər ikisində mərhələni adlayan tərəf olub. "Neftçi" və "Sumqayıt"a qarşı görüşləri xatırlayırsan?

- Təbii ki, həm "Neftçi", həm də "Sumqayıt"a qarşı oyunları yaxşı xatırlayıram. Biz hər iki rəqibə qarşı yaxşı oynamışdıq və mərhələni keçən tərəf olmuşduq.

- Həm "Sumqayıt"a, həm də "Neftçi"yə qol vurmusan. "Qarabağ"la görüşdə bunu etmək mkündür səncə, yoxsa indiki rəqibiniz onlardan daha güclü görünür?

- Əhəmiyyətli olan komanda üçün əlimdən gələnin ən yaxşısını verməkdir. Amma qol vursam belə, bu, bir üstünlük olacaq. Buna görə sevinmək istəyəcəm. Lakin hər şeydən vacibi növbəti mərhələyə vəsiqə qazanmasıdır.

- Yəqin ki, "Şkendiya" "Qarabağ"ı keçə bilsə, artıq Şimali Makedoniyada hamı sizin Çempionlar Liqasında əsas mərhələsinə qədər irəliləməyinizi gözləyəcək? Hansısa təzyiq olacaq?

- Yox, biz tərəfdən təzyiq yoxdur. Biz addım-addım irəliləmək istəyirik. Oyunlara bir-bir davam edirik. Daha sonra zamanın öz axarı ilə getməsinə icazə veririk.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:20

I Liqada 6-cı turun yekunu

Qarabağ FK
Bu gün, 11:00

Rus idman jurnalisti “Sabah”ı tərifləyib, “Qarabağ”ı da yadına saldı

Futbol
Bu gün, 10:56

Sabah U-19 məşqçisi Adino Mustedanaqiç: Borussia Dortmund qarşısında oyunundan məmnun

Qarabağ FK
Bu gün, 10:43

Sabahın futbolçusu Eyden Makkarti və Qarabağın keçmiş legioneri Dino Ndlovu eyni tarixi siyahıda

Digər
Bu gün, 10:40

Kral ailəsi Lionel Messini şam yeməyinə dəvət edib

Digər
Bu gün, 10:14

Faiq Hacıyev: “Turan Tovuz”dakı gələcəyimi düşünmədiyimi desəm, yalan olar” - MÜSAHİBƏ

Futbol
Bu gün, 10:00

Verdaska Kəpəzə Qayıdır – Futbolçunun Mesajı, Klub Susur

Futbol
Bu gün, 09:59

Almançı Lothar Matteus Bakı Olimpiya Stadionunu müdafiə etdi

Digər
Bu gün, 09:45

FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır

Digər
Bu gün, 09:42

Azərbaycan basketbolunda 10 milyon avroluq büdcə – Yunanıstanlı məşqçi “Sabah”dan danışdı

Digər
Bu gün, 09:40

Manuel Noyer ÇL-də oyun sayına görə Messi və Müllerlə çatdı

Digər
Bu gün, 09:38

Vinisius böhranı fonunda şans: Arda Güler “Real”da necə liderlərdən biri oldu

Futbol
Bu gün, 09:20

Fənərbaxça ÇL-də 10 oyunlu qələbəsiz seriya ilə rekord qırdı

Futbol
Bu gün, 09:17

PSJ, Kvaratskhelianın zədəsindən sonra uzunmüddətli müqavilə uzadılmasını planlayır

Futbol
Bu gün, 09:00

Qəbələ və Neftçi'nin sabiq baş məşqçisi Roman Qriqorcuuk Ukraynada 200-ci oyunu oynayan 14-cü məşqçi oldu

Futbol
Bu gün, 08:51

Arsenal Çempionlar Liqasında 15 oyunlu məğlubiyyətsizlik seriyasını qoruyur

Digər
Bu gün, 08:40

"Sabah"ın rəqibi qışda hücumçusunu satmaq istəyir

Futbol
Bu gün, 08:20

PSJ-nin iki aparıcı futbolçusu zədələnib və bir neçə həftə sahədən uzaq qalacaq

Futbol
Bu gün, 08:17

"Arsenal" və "Manchester United" Evanilson üçün 65 milyon avroluq təkliflərlə rəqabət aparır

Futbol
Bu gün, 08:00

Çempionlar Liqası üçün həftənin oyunçusu namizədləri açıqlandı

Futbol
Bu gün, 07:52

Arteta və Kompani Çempionlar Liqasının 2:2 bərabərliyini şərh etdilər

Futbol
Bu gün, 07:21

Mourinyo, Real Madrid‑nin Barcelona qarşısındakı üstünlüyünü və az istirahət vaxtını açıqladı

Futbol
Bu gün, 05:31

Devlan Rays: "Harri Kein Qızıl top mükafatına şübhəsiz layiqdir"

Futbol
Bu gün, 04:27

Arda Turan: “İnter”ə 0:1 məğlubiyyətdən sonra daha yaxşı nəticəyə layiq idik

Oxşar xəbərlər