top
“Sizin vasitənizlə bir daha AFFA-ya müraciət edirəm…” - Ehtiram Quliyev Sport24.az
21 dekabr 2024, 20:03
- ↺ +

“Sizin vasitənizlə bir daha AFFA-ya müraciət edirəm…” - Ehtiram Quliyev

"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev bu gün "Neftçi"yə qarşı keçirilən Azərbaycan Premyer Liqasının XVIII turunun oyunundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, klub rəhbərinin fikrincə, "Neftçi" formasının xüsusi çəkisi var:

 

"Birinci divizionun belə hansısa komandasına "Neftçi" formasını geyindirsən, o, istər-istəməz meydanda özünü göstərəcək. Ona görə də rəqib komandanı gözəl oyuna görə təbrik edirəm. Azarkeşlərin oyundan razı qaldığını düşünürəm. Nəticəyə görə olmasa da, oyuna görə sevindilər".

 

– Çempionatın arxada qalan birinci hissəsini komandanız üçün necə dəyərləndirirsiniz?

– Təbii ki, razıyıq. Amma çempionat başlayandan demişdik ki, əgər qışa qədər 30 xal yığsaq – nəzərə alaq ki, ötən il qışa kimi 22 xal toplamışdıq – xoşbəxt olarıq. Düzdür, bu, hədəf deyildi. Çempionat başlayanda bizə deyilsəydi ki, cəmi 2 oyunda uduzacaqsınız, çox sevinərdik. Və o da deyilsə idi ki, bu iki matçı "Araz Naxçıvan"a uduzacaqsınız, təəccüblənərdik. Bunlar çempionatımızın səviyyəsinin qalxmasını göstərir.

 

– Qış fasiləsində komandanızın güclənməsi üçün hansısa addımlar atılacaqmı?

– Baxdığımız oyunçular var. Transfer pəncərəsi açılmasa da, skautlarımız futbolçuları izləyirlər. 3-4 transfer gözlənilir. Bunlar sadəcə, komandanı gücləndirmək üçündür. Komandanın onurğa sütünuna isə dəyməyəcəyik. Oyunçuları göndərmək barədə düşünmürük. Onsuz da futbolçularımız azdır. Əslində 2 oyunçu ilə güclənməyi düşünürdük. Amma gözləmədiyimiz zədələr – Marandiçinin zədələnməsi, Faiq və Milleri əməliyyata gedəcəyi bizi məcbur etdi ki, fasilədən sonra 3-4 transfer həyata keçirək.

 

– Bir müddət əvvəl bildirmişdiniz ki, Tovuz stadionunun süni meydançasının dəyişməsi üçün AFFA-dan kömək gözləyirsiniz. Bu məsələyə dair bir yenilik varmı?

– ⁠Xeyr, yoxdur. Sizin vasitənizlə yenidən AFFA-ya müraciət edirik ki, bizə dəstək olsalar, oyunlar təbii ot örtüyündə oynanılsa, zədələrimiz az olar, oyunların keyfiyyəti artar, azarkeşlər də bundan zövq alar. Ona görə də biz təklifimizi yenidən təkrarlayırıq. Örtüyün dəyişdirilməsi üçün xərclərin 50 faizini sponsor şirkət öz üzərinə götürür. Digər 50 faiz xərc AFFA tərəfindən qarşılansa, xoşbəxt olarıq.

 

– "Turan Tovuz"un adının dəyişdirilib yenidən "Turan" qoyulacağı haqda məlumatlar var. Bu haqda nə deyə bilərsiniz?

– Bəli, bizim AFFA-ya belə bir müraciətimiz olub. İcraiyyə Komitəsində bu məsələyə baxılıb. Yaxın günlərdə müsbət cavab gözləyirik. "Turan" bir şəhərin deyil, bütün Qərb bölgəsinin komandasıdır. Nəinki Qərb, Azərbaycanın bütün fərqli bölgələrindən azatkeşlərimiz var. Bunları və əvvəlki "Turan"ın ənənəsinə, mənəvi mirasına qayıtmaq üçün adımızı dəyişdirməyi planlaşdırırıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Futbol
Bu gün, 11:41

Cud Bellinqem 23 yaşında İker Kasilyasın rekordunu qırdı

Futbol
Bu gün, 11:40

"Lids" Liverpoolun yarımmüdafiəçisini qış transfer pəncərəsində transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 11:39

Lionel Messinin uşaqlarının təhsil xərcləri açıqlanıb

Oxşar xəbərlər