top
Siyasət Əsgərov: Milliyə yeni cəlb etdiyimiz futbolçulardan özünü yaxşı tərəfdən göstərənlər oldu Report.az
29 iyun 2025, 11:19
- +

Siyasət Əsgərov: "Milliyə yeni cəlb etdiyimiz futbolçulardan özünü yaxşı tərəfdən göstərənlər oldu"


Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov Belarusa qarşı keçirilən yoxlama görüşünü dəyərləndirib.

"Report" xəbər verir ki, mütəxəssis bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

O, məğlubiyyətin əsas səbəblərindən biri kimi 5 futbolçunun zədəli olmasını göstərib:

"Bizdə elə mövqelər var ki, orada çıxış edən oyunçu zədə aldıqda bunun çətinliyini yaşayırıq. Digər səbəb bir çox futbolçumuzun çıxış etdiyi Türkiyə çempionatında mövsümün bir müddət əvvəl başa çatmasıdır. Oradan gələn qızlar bu müddətdə fərdi məşqlərlə kifayətləniblər. Belarus yığması isə yüksək keyfiyyətə malik komandadır, əksər oyunçuları Rusiyanın yüksək liqasında çıxış edir. Həm Rusiyada, həm də Belarusda çempionat davam edir. Bu məqamlar oyuna və nəticəyə təsirsiz ötüşməyə bilməzdi".

Siyasət Əsgərov heyətə yeni cəlb edilən futbolçuların durumundan razı qalıb:

"Zədəlilərin yerinə milliyə yeni gənc futbolçular dəvət etdik. Bəziləri ilk dəfə idi ki, millinin heyətində çıxış edirdilər. Özünü yaxşı tərəfdən göstərənlər oldu. Onları gələcəkdə komandaya qazandıra bilərik".

Baş məşqçi Belarus yığması ilə iyulun 1-də Minskdə keçiriləcək ikinci yoldaşlıq görüşü barədə də təəssüratlarını bölüşüb:

"İlk matçı təhlil edərək, səhvlərimizin üzərində çalışacağıq. Belarusla ikinci görüşdə bunları təkrarlamamaq önəmli olacaq. İkinci oyunda daha yaxşı nəticə üçün mübarizə aparacağıq".

Qeyd edək ki, Azərbaycan millisi hazırda Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçir. Komanda hazırlıq müddətində yerli yığma ilə ilk yoldaşlıq görüşündə 0:3 hesabı ilə uduzub. Tərəflər iyulun 1-də yenidən üz-üzə gələcəklər.

Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 02:12

MOK nümayəndəsi Osiekdəki gimnastlarımızla görüşüb

Boks
Bu gün, 01:47

Usik Dubuanı nokautla məğlub edib, revanş baş tutmayıb

Futbol
Bu gün, 01:23

"Qalatasaray" Ederson ilə Şəxsi Müqavilə Şərtlərini Razılaşdırdı, "Mançester Siti" ilə Danışıqlar Gözlənilir

Olimpiada
Bu gün, 00:54

Skopye-2025 Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycanın bayraqdarları məlum oldu

Digər
Bu gün, 00:54

"Sağlam həyat" layihəsi "Dəniz Mall" Ticarət Mərkəzinin qarşısında keçirilib - FOTO

Futbol
Bu gün, 00:34

"Qarabağ"ın gənc futbolçusu İngiltərə komandasından müqavilə təklifi alıb

Futbol
Bu gün, 00:08

Freddi Varqasın icarəsi üçün "Neftçi"nin "Makkabi"yə ödədiyi məbləğ açıqlanıb

Futbol
Dünən, 23:25

"Araz-Naxçıvan"ın rəqibi "Aris" "Qalatasaray"ın keçmiş futbolçusu Morutanı transfer edib

Güləş
Dünən, 23:11

Azərbaycan güləşçiləri Budapeşt reytinq turnirində 2 bürünc medal qazanıb

Digər
Dünən, 22:56

Media nümayəndələri arasında velosiped yarışı keçirildi: qaliblər müəyyənləşdi - FOTO

Futbol
Dünən, 22:50

"Turan Tovuz" Türkiyədə "Çorum" ilə heç-heçə etdi

Güləş
Dünən, 22:26

Budapeşt 2024: Yunan-Roma güləşçilərimizdən iki bürünc medal - YENİLƏNİB

Gimnastika
Dünən, 22:14

Güllü Ağalarzadə: Universiadada qazanılan uğur dünya çempionatına atılan addımdır

Futbol
Dünən, 21:53

"İmişli" yoxlama oyununda "Araz-Naxçıvan"ı yenib

Formula 1
Dünən, 21:51

Bakıda "Legends of the night" yarışı baş tutub: Nəticələr, fotolar və video

Cüdo
Dünən, 21:37

U-14 yeniyetmə cüdoçular arasında Ne-Vaza üzrə ACF Kubokunun qalibləri müəyyən olunub

Formula 1
Dünən, 21:23

Bakıda "Legends of the night" yarışı keçirilib: nəticələr və iştirakçılar

Güləş
Dünən, 21:17

Budapeşt-2024: Nurullayevdən bürünc, Cəfərov və Abbasov zədəli, Məmmədov medal şansını saxlayır

Futbol
Dünən, 21:10

"Turan Tovuz" Türkiyədə "Çorum"la heç-heçə edib

Futbol
Dünən, 20:54

Markus Reşford "Barselona"ya icarəyə verilir

Futbol
Dünən, 20:54

Roberto Olabe: "Turan Tovuz"a gəlməyimdə Berdıyevin də rolu oldu

Gimnastika
Dünən, 20:50

Universiada: Azərbaycan gimnastları qızıl və gümüş medallar qazanıblar

Olimpiada
Dünən, 20:35

Dövlət qurumları əməkdaşlarının üzgüçülük yarışının qalibləri məlum oldu - FOTO

Futbol
Dünən, 20:27

"Turan Tovuz" Türkiyədə "Çorum" ilə heç-heçə etdi

Oxşar xəbərlər