top
Siyasət Əsgərov: “İkinci oyunu daha yaxşı keçirdik” İdman.biz
03 dekabr 2024, 12:33
- ↺ +

Siyasət Əsgərov: “İkinci oyunu daha yaxşı keçirdik”

"Rusiya ilə oyunların çətin olacağı öncədən məlum idi. İlk matçda komandamız yaxşı oyun sərgiləmişdi"

İdman.biz xəbər verir ki, bunu qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Soçi şəhərində Rusiya yığması ilə keçirilən ikinci yoldaşlıq oyunundan (0:1) sonra AFFA-nın mətbuat xidmətinə deyib.

Mütəxəssis məğlubiyyətə baxmayaraq, komandasında razı qaldığını bildirib: "Məğlub olsaq da, sona qədər mübarizə apardıq. İkinci görüşə hazırlaşmaq, həm öz səhvlərimizi görmək, həm də rəqibi təhlil etmək üçün kifayət qədər vaxtımız oldu. Fikrimcə, dünənki qarşılaşmanı daha yaxşı keçirdik. Futbolçularımız hücumda rusiyalı müdafiəçilərə problemlər yaradırdılar. Təəssüf ki, hücumların sonluğunu gətirə bilmirdik və adi səhvdən qol buraxaraq məğlub olduq. Buna baxmayaraq, komandadan razıyam. Çünki qızlar tapşırıqları yerinə yetirməyə çalışdılar və çəkinmədən mübarizə apardılar. İnanıram ki, bu oyunların gələn ilin fevralında başlayacaq UEFA Millətlər Liqası turnirindəki çıxışımıza çox köməyi dəyəcək".

Qeyd edək ki, noyabrın 28-də və dekabrın 2-də keçirilən hər iki görüşdə Rusiya yığması 1:0 hesablı qələbə qazanıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 16:01

“Qarabağ”dan İDMAN.BİZ-ə AÇIQLAMA: Yankoviç və Silvanın cəzalandırılması haqqında məlumatlar həqiqəti əks etdirmir

Futbol
Bu gün, 16:00

Neftçi – Kəpəz qarşılaşmasının statistik təhlili: 66 görüş, 33‑də Bakı üstünlüyü, 111:66 qol fərqi

Futbol
Bu gün, 15:52

Gəncəbasar klubuna Namik Qədirov yeni prezident təyin edildi

Futbol
Bu gün, 15:46

Asif Məmmədov: “Bu qələbəni bütün Azərbaycan qazandı. Şəhidlərimizə, qazilərimizə və veteranlarımıza borcluyuq”

Futbol
Bu gün, 15:40

Didye Deşam "Mançester Yunayted"in baş məşqçisi olmaq təklifini rədd etdi

Tennis
Bu gün, 15:31

WTA-nın İlin Yekun Turnirinin mükafat fondu 35,5 faiz azalaraq 10 milyon dollar oldu

Voleybol
Bu gün, 15:29

"Fənərbaxça"nın voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın futbolçusu İsmayıl Yakobsun məşhur gecə klubunda görünməsi iddiası diqqət çəkib

Futbol
Bu gün, 15:27

PFL I Liqada "Ayın qolu" çərçivəsində Bəhruz Teymurov mükafatlandırıldı

Futbol
Bu gün, 15:20

Fransanın bir futbol klubunun prezidenti 6 ay futboldan uzaqlaşdırıldı

Digər
Bu gün, 15:17

Yaylagül Ramazanova Asiya Kubokunda qızıl və gümüş medallar qazandı, Azərbaycan oxatma komandası yeni mərhələyə qədəm qoyur

Basketbol
Bu gün, 15:08

Şəki yeni baş məşqçisi Ceyhun Həsənli: 'Əsas liqaya daha güclü qayıtmaq istəyirik'

Futbol
Bu gün, 15:02

Real Madrid yenidən 2014/15‑deki məşhur əjdaha formasını təqdim etdi

Futbol
Bu gün, 14:53

"Kəpəz"in futbolçusu Benito: "Yüksək yerlər uğrunda mübarizə aparmaq gücündəyik"

Qarabağ FK
Bu gün, 14:40

Seltik Beşiktaş'ı 3:2 məğlub etdi – Baş məşqçi Duranı yüksək qiymətləndirdi

Digər
Bu gün, 14:32

Paraatlet: Vətən Müharibəsində Şəhid Yoldaşının Ağır Xatirəsi

Futbol
Bu gün, 14:29

Denis Marandiçi Turan Tovuz futbolçusu Moldova millisinə dəvət alıb

Digər
Bu gün, 13:50

Azərbaycan üzgüçüləri Belarusdakı beynəlxalq turnirin ilk günündə 2 medal qazanıb

Minifutbol
Bu gün, 13:44

Azərbaycan – Latviya futzal qarşılaşmasının hakimi komandası müəyyən edilib

Futbol
Bu gün, 13:40

CONCACAF "Qızıl Kubok" turnirində 2027-ci ildən etibarən yeni format tətbiq olunacaq

Futbol
Bu gün, 13:39

Spalletti “Yuventus”da futbolçusu Xuan Kaballa mübahisə edib: “Diqqətli olmasan, yumruq vuracağam”

Qarabağ FK
Bu gün, 13:24

Turan Tovuzun kapitanı Qarabağla qarşılaşmadan məhrum olacaq

Digər
Bu gün, 13:09

Bakıda 19-21 Noyabrda Xüsusi Olimpiya Avropa Badminton Turniri keçiriləcək

Qarabağ FK
Bu gün, 13:00

Aslan Kərimov: “Qarabağ”da gedənlərin əvəzedilməsi və yeni gələnlərin keyfiyyəti mənəvi itkilərə səbəb olub”

Digər
Bu gün, 12:52

Futsal milliyati kapitanı Latviya matçı haqqında şərhlər verib

Oxşar xəbərlər