top
Siyasət Əsgərov Fomgetlə oyun barədə fikirlərini bölüşüb Idman.biz
24 iyun 2025, 16:37
- ↺ +

Siyasət Əsgərov "Fomget"lə oyun barədə fikirlərini bölüşüb

"Sabiq komandam "Fomget" ilə oynayacağımız üçün duyğulandım".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında qadın futbolçulardan ibarət "Neftçi" komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin yarımfinalında Türkiyənin "Fomget" klubuna rəqib olmaları barədə danışarkən deyib.

O, Türkiyə təmsilçisinin güclü kollektiv olduğunu bildirib: "Demək olar ki, rəqibi tanıyıram. Bu komanda ilə Türkiyə çempionu olmuşam və Çempionlar Liqasında iştirak etmişəm. İndi isə rəqib kimi üz-üzə gələcəyik. "Fomget" qadın futbolunda ən çox yatırım edən klublardan biridir. Heyətində yaxşı oyunçular var. Bir neçə gün əvvəl baş məşqçiləri ilə yollar ayrılıb. Hazırda həmin vəzifə boşdur. Komandama çox inanıram. Bütün fikrimi Türkiyə klubu ilə matça yönəltmişəm. Həmin görüşün harada keçiriləcəyi bəlli deyil. Əgər qarşılaşma Ankarada baş tutsa, mənim üçün fərqli hisslər olacaq. Çünki paytaxtda yerləşən stadionda "Fomget" komandası ilə kubok qazanmışam".

S.Əsgərov bəzi mövqelərə transferlər edəcəklərini söyləyib: "Müdafiə, yarımmüdafiə və cinahı gücləndirmək istəyirik. Ola bilsin ki, Türkiyədə çıxış edən azərbaycanlı futbolçuları transfer edək. Hələlik heç biri ilə razılığa gəlməmişik".

Qeyd edək ki, "Neftçi" "Fomget"lə iyulun 30-da qarşılaşacaq. Paytaxt təmsilçisi Türkiyə təmsilçisini məğlub edəcəyi halda, finalda İsrailin "Kiryat" klubu ilə üz-üzə gələcək. Bu duelin qalibi II təsnifat mərhələsinə yüksələcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Bu gün, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Bu gün, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Bu gün, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Bu gün, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Bu gün, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Bu gün, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Bu gün, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Bu gün, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Bu gün, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Bu gün, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Bu gün, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Bu gün, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Bu gün, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Bu gün, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Bu gün, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Digər
Bu gün, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Digər
Bu gün, 20:27

"Liverpul"un istədiyi müdafiəçiyə 120 milyon avro qiymət qoydular

Futbol
Bu gün, 20:19

Real Madrid İspaniya dəmir yolu qəzasının qurbanlarını yad etdi

Basketbol
Bu gün, 20:05

"Neftçi" basketbol komandası baş məşqçisi: "Qələbə üçün 100% hazır olmaq lazımdır"

Güləş
Bu gün, 19:58

Sumqayıtda gənclər üçün Abşeron‑Xızı regional cüdo turniri başlayacaq

Digər
Bu gün, 19:28

İki qızıl və bir gümüş medal qazanan güləşçilərimiz Bakıda təntənəli qarşılanıblar - FOTO/VİDEO

Futbol
Bu gün, 18:59

Neftçi Şamaxı ilə görüşə 1 itki ilə çıxır

Futbol
Bu gün, 18:54

Roma müdafiəçisinin Mussolini soyadlı futbolçusu Serie A-də ilk qolunu vurdu

Oxşar xəbərlər