Türkiyənin "Sivasspor" klubu transfer qadağası ilə üzləşib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə FIFA qərar qəbul edib.
I Liqada çıxış edən bölgə təmsilçisi qarşıdakı üç transfer dönəmində heyətinə yeni oyunçu qata bilməyəcək.
Qeyd edək ki, "Sivasspor"da Azərbaycan millisinin formasını geyinmiş Mert Çelik də çıxış edir. Komanda I Liqada 14 xalla 11-ci pillədə qərarlaşıb.