Seneqal millisinin baş məşqçisi Aliu Sisse vəzifəsindən ayrılıb. Sport24.az xəbər verir ki, Sisse 2015-ci ildən bəri Afrikanın ən güclü komandalarından biri olan Seneqal millisinə rəhbərlik edirdi.
O, milli ilə birlikdə 2019-cu ildə Afrika Kubokunun gümüş mükafatçısı, 2021-ci ildə isə Afrika Kubokunun qalibi olub. DÇ-2022-də Sissenin rəhbərliyi altında Seneqal millisi 1/8 final mərhələsinə qədər irəliləyib.