"Mançester Yunayted" Erik Ten Haqı əvəzləyəcək baş məşqçi axtarışındadı. Sport24.az "The Sun"a istinadən xəbər verir ki, Simone İnzaqi ilə razılaşa bilməyən "qırmızı şeytanlar" bu dəfə Xabi Alonso ilə danışıqlara başlayıb.
Mançester təmsilçisi mövsümün sonunda "Bayer"in çalışdırıcısını dəvət etmək istəyir. 42 yaşlı mütəxəssis hələ ki, ilkin təklifə konkret cavab verməyib.
"Real" və "Bavariya"nı da çalışdırmaq ehtimalı olan Xabinin hansı seçimi edəcəyi dəqiq deyil.
Qeyd edək ki, Alonso 2022-ci ildən "Bayer"i çalışdırır.