"Atletiko"nun baş məşqçisi Dieqo Simeone İspaniya futbolu tarixinə düşüb.
İdman.biz xəbər verir ki, argentinalı mütəxəssis Madrid klubunu baş məşqçi kimi 700-ci dəfə meydana çıxarıb.
O, bir komanda ilə bu həddə çatan ilk məşqçi olub. Yubiley matçı İspaniya çempionatının 14-cü turunda "Alaves"lə görüşə təsadüf edib. Madridlilər əzmkar qələbə qazanaraq, Dieoqaya hədiyyə ediblər.
Qeyd edək ki, "Atletiko" Simeonenin rəhbərliyi keçirilən oyunlarda 413 qələbə qazanıb, 156 dəfə heç-heçə oynayıb, 131 görüşdə uduzub.
İdman.biz