Londonda agent tərəfindən silahla hədələnən futbolçunun "Tottenhem"in müdafiəçisi Destini Udoci olduğu müəyyən edilib.
İdman.Biz-in xəbərinə görə, bu barədə jurnalist və insayder Fabrisio Romano sosial mediada bildirib.
Daha əvvəl sentyabr ayında adı açıqlanmayan Premyer Liqa oyunçusunun London küçələrindən birində silahla hədələndiyi bildirilmişdi.
Mənbənin məlumatına görə, polis işi araşdırır və 31 yaşlı futbol agentini saxlayıb. "Tottenhem"in bu məsələdə oyunçunu və ailəsini dəstəklədiyi bildirilir.
22 yaşlı müdafiəçi 2022-ci ildən "Tottenhem"də oynayır. Udoci bu mövsüm klubun bütün yarışlarında 10 oyunda meydana çıxıb və qol vurmayıb.