top
Səyyad Aran: Qurban Qurbanov milliyə baş məşqçi təyin olunmalıdır, AFFA isə səhvlər edir Idman.biz
16 sentyabr 2025, 17:59
- ↺ +

Səyyad Aran: Qurban Qurbanov milliyə baş məşqçi təyin olunmalıdır, AFFA isə səhvlər edir

Milli Məclisin deputatı Səyyad Aranın Sportnet.az-a müsahibəsi

- İslandiyaya 0:5 hesablı məğlubiyyətdən sonra Azərbaycan millisinin Ukrayna ilə 1:1 hesablı heç-heçə etdiyi oyunu izlədiniz?

- Bəli. Ukrayna ilə oyunda uşaqlar can qoydular. Bu, onu göstərdi ki, futbolçular əvvəlki baş məşqçi Fernandu Santuşu istəmirdilər. Santuşun kənarlaşdırılması ilə uşaqlar özlərinə gəldilər və Ukrayna kimi komanda ilə heç-heçə oynadılar, diş göstərdilər. Yəni, hiss olunurdu ki, komanda Santuşu istəmir. Santuşdan onlar heç nədə bəhrələnmədilər. Bu adam yeganə əcnəbi baş məşqçi oldu ki, uzun müddət baş məşqçi kimi çalışmasına baxmayaraq, Azərbaycan millisi heç bir qələbə qazanmadı. Bu cür rüsvayçı bir adla Azərbaycan komandasından ayrıldı. Belə şey olar? Sən bu komanda ilə bir dənə də qələbə qazanmayasan.

- Azərbaycan millisinə kim rəhbərlik etməlidir?

- Mən qəti bu düşüncədəyəm ki, dünyada tanınan, böyük futbol istedadı, ölkədə və Avropada nüfuzu olan Qurban Qurbanov millinin başına gəlməlidir. Valeri Lobanovski vaxtilə həm Ukraynanın "Dinamo Kiyev" komandasının, həm də SSRİ millisinin baş məşqçisi idi. İndi biz bu təcrübədən istifadə etməliyik və komandanı Qurbana tapşırmalıyıq. Bu, yeganə düzgün çıxış yoludur. Əcnəbi mütəxəssisin gəlişinin qəti əleyhinəyəm. Nə qədər müəyyən dərəcədə zəif olsa da, dünya miqyasında tanınmasa da özümüzün yerli baş məşqçimizin olması daha məqsədəuyğundur. Bu adam komandanı əməlli-başlı qəbul edib hazırlaya bilər. Onlara 3 il vaxt vermək lazımdır. 6 aydan sonra nəticə istəmək sözün əsl mənasında savadsızlıq və məntiqsizlikdir. Niyə hamıya - Berti Foqtsa 6 il, Robert Prosineçki və Canni De Byaziyə 3 il dözdülər. Qurbana da dözmək lazımdır. Çünki onun istedadı var və o Azərbaycan futbolunun mentalitetini daha yaxşı anlayır və bilir. Buna görə fikrimcə, Qurban Qurbanov olsa, işlər qaydaya düşər. Biz Qurbana tapşırmalıyıq komandanı və onun işinə yaxın getməməliyik. O özü komandanı formalaşdıracaq və "Qarabağ" kimi, millini də əsl bir komanda edəcək.

– Bəs B variantınız varmı? Məsələn, namizəd qismində Ayxan Abbasov, Rəşad Sadıqovun adı çəkilir...

- Xeyr, B variantım yoxdur.

- Santuş Azərbaycan futboluna nə verdi?

- Onu AFFA rəhbərliyi gətirmişdi. AFFA həmişə səhv edir. Əcnəbi baş məşqçi gətirir ki, guya bizim futbolçuları daha yaxşı öyrədəcəklər. Əslində isə hazırkı futbolçuları öyrətmək lazım deyil. Uşaq futboluna güclü pul buraxmaq lazımdır. Azərbaycanda da mütləq şəkildə istedadlı uşaqlar var. Biri getdi "Barselona"ya.

- İbrahim Babayev...

- Bəli, İbrahim Babayev. Onu necə gördülər, götürdülər. Onun kimi uşaqlar var Azərbaycanda. Sadəcə yetişdirmək lazımdır, görmək lazımdır. Vicdanlı şəkildə o məşqçilər uşaq futboluna nəzər yetirməlidirlər. Nəzər yetirməlidirlər Respublikanın balaca oyunçularına. Hamısını da yenə də deyirəm, əslində o milyonlar var e, xarici məşqçilərə sərf edirlər, o pulları uşaq futboluna xərcləməlidirlər. Azərbaycanda futbol var.

- Amma tarixən də ciddi nailiyyətlər qazanılmayıb...

- Ölkədə həmişə zəngin futbol ənənələri olub. Anatoli Banişevski burdan çıxmadı? Kazbek Babayev burdan çıxmadı? Adil Babayev və Yaşar Babayev burdan çıxmadı? Mübariz Zeynalov, İsgəndər Cavadov, Maşallah Əhmədov – bunlar bizim uşaq futbolundan gəldilər də. Azərbaycan əsilli futbolçulardır bunların hamısı. SSRİ-də məşhur oldular. Valeri Bruxti var idi. Vitali Şevçenko Bakıda yetişmişdi. Lobanovski apardı ki, əlinin altında "ehtiyatda" saxlasın. Onu həmişə 10-15 dəqiqə qalmış buraxırdı. O, "Neftçi"də bütün 90 dəqiqəni oynayırdı. Amma təkcə Lobanovski onu yox, aralıqda da bir nəfəri apardı. Başqa komandaları da apardı. Yığdı "zapas" kimi əlinin altına ki, yeri gələndə bunlardan istifadə eləsin. Oynatmaya-oynatmaya Şevçenkonu məhv elədi, getdi. Bax, Bakı uşağı idi, "Neftçi"dən çıxmışdı. Bütün SSRİ-də məşhur idi. Sadəcə çox məşhur ola bilmədi, ona görə ki, Lobanovski onu oynatmadı. Hər dəfə oyun bitməsinə 10-15 dəqiqə qalmış meydana buraxdı. Yəni, Azərbaycanda uşaq futbolu var, sadəcə olaraq istifadə etmək gərəkdir. İşləmək lazımdır, onları axtarıb tapmaq lazımdır. Axtarıb tapmaqda, əlbəttə, güclü baş məşqçi lazımdır. Arada məşqçilərin özünə də sərmayə qoymaq lazımdır. Onları oxutmaq lazımdır Avropa məktəblərində, məşqçilik məktəblərində. Sonra onların ən yaxşı yetişmişini çağırıb Azərbaycanda – yenə də burda maliyyə rol oynayır – onlara yaxşı məvacib verib uşaq futbolunu inkişaf etdirmək lazımdır. Ki, qoy axtarsınlar, tapsınlar.

- Həmin futbolçuların çıxış etdiyi "Neftçi"nin keçmiş SSRİ miqyasında da cəmi bir nailiyyəti olub - bürünc medal. Sizcə, bu, daha çox hansı baş məşqçinin əməyi idi?

- Komandanın baş məşqçi var idi, Boris Arkadyev. Bütün Bakının məhəllələrini gəzirdi. Uşaqlar futbol oynayırdı. O da oturub onlara baxırdı. Onların arasından seçirdi. Özü də Arkadyev "Neftçi" bürünc medal alanda yarısına o məşqçilik etdi, yarısına Əhməd Ələsgərov. Əslində Arkadyev komandanın kökünü qoydu. Sonra onun içki içdiyi adı ilə qovdular, Əhməd Ələsgərovu gətirdilər. "Bürünc "Neftçi"nin əsasını, bax, Arkadyev qoydu.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Futbol
Bu gün, 11:41

Cud Bellinqem 23 yaşında İker Kasilyasın rekordunu qırdı

Oxşar xəbərlər