top
Seymur Bəydəmirov: Azərbaycanda qapıçı məşqçiləri çatışmır, yerli qolkiperlərə şans verilməlidir Sport24.az
21 fevral 2026, 18:31
- ↺ +

Seymur Bəydəmirov: Azərbaycanda qapıçı məşqçiləri çatışmır, yerli qolkiperlərə şans verilməlidir

"Sumqayıt" Futbol Akademiyasında qapıçılar üzrə məşqçi kimi çalışan Seymur Bəydəmirovun Sport24.az-a müsahibəsi     - Hazırda Azərbaycanda qapıçıların ümumi səviyyəsini necə qiymətləndirirsiniz? Premyer Liqa ilə aşağı liqalar arasında fərq nə dərəcədədir?   - ⁠Fərq çoxdur. İlk növbədə keyfiyyət, infrastrukturu deməliyəm. Səviyyə fərqi çoxdur. Legionerlərin səviyyəsi hiss olunur. Maliyyə də önəmli rol oynayır. Oyunçuların yanaşması da fərqlidir. Hazırda Azərbaycanda qapıçıların ümumi səviyyəsi ortadır. Düşünürəm ki, yerli qolkiperlərə şans vermək lazımdır. Çempionatda ilk dördlükdə gedən klublar iddialıdırlar. Çempionluğa oynayanlar da var. Legioner qapıçılar qoyurlar. Amma ən azından aşağı pillələrdə qərarlaşanlar, məsələn, "Karvan-Yevlax"ın legioner qapıçı ilə mübarizə aparması nə dərəcədə doğrudur? Hücumçu legioner ola bilər. Məncə, azərbaycanlı qapıçıya şans vermək lazımdır.     - Son illər yüksək səviyyəli, milli komandaya stabil namizəd ola biləcək qapıçıların azlığı hiss olunur. Sizcə bunun əsas səbəbi nədir? İnfrastruktur, məşq metodikası, yoxsa seçim prosesi?   - İnfrastruktur çox vacibdir. Əgər bir qapıçını yeniyetmə yaşlarından inkişaf etdirmək istəyirsinizsə. Böyük yaş həddinə gələnədək yaxşı məşqçlər keçməlidir. Bunun üçün də normal infrastrukturun olması önəmlidir.     - Uşaq futbolunda qapıçı hazırlığı ilə bağlı hansı problemlər var? Regionlarda qapıçı məşqçilərinin çatışmazlığı nə dərəcədə təsir edir?   - Tək regionlarda deyil, ölkəmizdə qapıçı məşqçisi çatışmazlığı çoxdur. Kateqoriyayalar baxanda qapıçı kursları bir az gec başladı. Ümid edirəm ki, qapıçı məşqçi kursları tez-tez olacaq. Qapıçı məşqçiləri ölkəmizdə daha da çoxlacaq.      - Bəzi klubların əcnəbi qapıçılara üstünlük verdiyini dediniz. Daha detallı danışsanız, bu balans necə tənzimlənməlidir?   - Tənzimləmək olar. Qapıçıya hər an şans vermək olmur. Əsas qapıçı zədələnəndə, cəzalı olanda forma şansı əldə edirlər. Bizdə savadlı qapıçı məşqçilərimiz də var. Onlar daha yaxşı tənzimləyə bilirlər. İnşAllah gələcəkdə belə bir problemin ortadan qalxması üçün bir şey fikirləşəcəyik.     - Müasir futbolda qapıçıdan artıq təkcə seyvlər yox, ayaqla oyun qurmaq da tələb olunur. Bizim qapıçılar bu baxımdan nə dərəcədə hazırdır?   - Aşağı yaş qruplarında olan futbolçularımıza deyirik. Stadionların keyfiyyətsiz olması oyunçulara istədiklərini etməyə mane olur. Aşağı yaş qrupundakı qapıçıdan ayaqla oynamağı çox tələb edə bilmərik. Ayaqla məşqlər edirik, qapıçıları komanda məşqinə qoşuruq. Tələb edirik. Amma hansısa stadionda bunu etmək çətin olur. Ot örtüyü pis olan meydançada bunu tələb edə bilmərəm.      - Hazırda Premyer Liqada və ya aşağı yaş qruplarında perspektivli hesab etdiyiniz qapıçılar varmı? Onları digərlərindən fərqləndirən əsas xüsusiyyət nədir?   - ⁠Əlbəttə, belə qapıçılar var. Akademiyamızın yetirməsi Xəyal Feyzullayevi misal göstərə bilərəm. Hazırda "Sumqayıt"ın əsas komandasındadır. Rza Cəfərovun adını çəkə bilərəm. Perspektivli qapıçımızdır. "Qəbələ"dəki Həbib Hüşənovu demək istəyirəm. "Turan Tovuz"un U-19-da Ayxan var. "Sumqayıt"da Murad Ağamalıyev də perspektivlidir. Tanıdığım qapıçılar var. İnşallah gələcək böyük karyeraya sahib olarlar.    - Adlarını çəkdiyiniz qapıçıların digərlərindən fərqləndirən əsas xüsusiyyət nədir?   - ⁠Heç kimin haqqına girmək istəmərəm. Amma ilk növbədə yanaşmadır. Yanaşmaları, istəkli olmaları, özlərinə güvənmələri, məşqə ciddi yanaşmaları və s.      - I Liqada çıxış edən "Baku Sportinq" klubunda da işləyirsiniz. Komandanın Premyer Liqaya vəsiqə qazanmaq perspektivini necə görürsünüz?   - ⁠"Baku Sportinq"də qapıçı məşqçisi kimi fəaliyyət göstərirəm. Hər oyuna üç xal üçün çıxırıq. Mübarizə aparırıq. Gələcəkdə necə olacağını birlikdə görəcəyik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Oxşar xəbərlər