top
Seydina Keyta: Qəbələ ilə müqavilə, çətin vəziyyət və komanda ruhu haqqında Idman.biz
21 yanvar 2026, 17:40
- ↺ +

Seydina Keyta: "Qəbələ" ilə müqavilə, çətin vəziyyət və komanda ruhu haqqında

"Hamımız bilirik ki, hazırda vəziyyət çətindir. Amma biz hamımız bunun bir parçasıyıq".

Bunu "Qəbələ"nin yeni transferi seneqallı Seydina Keyta futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Azərbaycana gəlişiniz necə baş tutdu?

– Açığı, bu bir qədər gözlənilməz oldu. Daha əvvəl bir yerdə oynadığım dostlarımdan biri mənə zəng etdi və "Qəbələ" haqqında danışdı. Klubun yaxşı layihəsi olduğunu dedi. Bundan sonra klub rəhbərliyi ilə əlaqə saxladıq, müqavilə şərtlərini müzakirə etdik və sonda "Qəbələ" ilə müqavilə imzaladım.

– Buraya gəlməzdən əvvəl "Qəbələ" və ya Azərbaycan futbolu haqqında məlumatınız var idi?

– Bəli, bir az məlumatım var idi. Əsasən "Qarabağ"ın Çempionlar Liqasında çıxış etməsinə görə Azərbaycan çempionatını izləyirdim. Bundan əlavə, "Qəbələ" haqqında da burada çox məşhur olmuş dostum – Luiz Paulo Hilariodan (Dodo) eşitmişdim.

– Azərbaycana gəlmək qərarını verərkən hansı futbolçularla danışdınız?

– Dodo ilə, "Neftçi"də oynamış Mamadou Mbodj ilə, "Zirə"də çıxış etmiş Şafik Tiqruja ilə və daha əvvəl "Qarabağ"da oynamış Kristian Torreslə danışdım. Onların hamısı "Qəbələ" haqqında çox müsbət fikirlər söylədi və bu da qərarı tez verməyimə səbəb oldu.

– "Qəbələ" hazırda çətin vəziyyətdədir. Sizcə, komandanı bu durumdan çıxarmaq mümkündür?

– Hamımız bilirik ki, hazırda vəziyyət çətindir. Amma biz hamımız bunun bir parçasıyıq. Təkbaşına heç nə etmək mümkün deyil, yalnız komanda olaraq ayağa qalxmalı, birlikdə mübarizə aparmalıyıq. Mənim məqsədim bütün təcrübəmi və qalib ruhumu ortaya qoyaraq bu vəziyyətdən çıxmağa kömək etməkdir. İnanıram ki, birlikdə bacaracağıq, inşallah.

– Mövsümün ikinci yarısı üçün "Qəbələ"nin hədəfləri nələrdir?

– Baş məşqçi və bütün futbolçuların əsas məqsədi mümkün qədər çox xal toplamaq və mövsümü xilas etməkdir. Biz buraya uduzmaq üçün gəlməmişik. "Qəbələ" böyük komandadır və bunu meydanda göstərməliyik.

– Seneqalın Afrika Millətlər Kubokunu qazanacağını gözləyirdiniz?

– Açığı, bəli. Çünki son illərdə Seneqal Afrikanın ən güclü komandalarından biridir və bunu da sübut etdilər. Çox keyfiyyətli və peşəkar futbolçuları var.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:20

I Liqada 6-cı turun nəticələri

Futbol
Bu gün, 17:18

Portuqaliya millisində Ronaldunun qayıtması üçün sərt şərtlər tələb olunur

Digər
Bu gün, 17:10

Nazim Süleymanov U-15 dünya çempionatından gözləntilərini açıqladı

Futbol
Bu gün, 17:03

Şahdağ-Qusar yarımmüdafiəçisi Mahrab Baxşalı: Çempionluqdan irəli heç nə yoxdur

Futbol
Bu gün, 17:00

Şamaxı Şəfa'yı məğlub etdi: Oruc Məmmədov nəticələrin gözlənilmədiyini vurğuladı

Futbol
Bu gün, 16:55

Klopp, “El‑Klasiko”da Barcelona’yı dəstəkləyəcəyini açıqladı

Digər
Bu gün, 16:47

“Şəfa”da “Kəpəz”lə oyun öncəsi itki

Digər
Bu gün, 16:40

Kontenin “Mançester Yunayted”ə keçidi sual altındadır

Digər
Bu gün, 16:40

UEFA Fransa klubunu böyük məbləğdə cərimələyəcək

Digər
Bu gün, 16:31

“Mingəçevir”də dəyişiklik: investorlarla yollar ayrıldı, baş məşqçi də gedə bilər

Digər
Bu gün, 16:24

Florentino Peres “El-Klasiko”ya getməyəcək: “Real” və “Barselona” arasında gərginlik davam edir

Digər
Bu gün, 16:20

“Arsenal”da ciddi itki

Futbol
Bu gün, 16:02

Trent Aleksander‑Arnold Real'dan ayrılacaq? Liverpool onu geri almaq istəyir

Futbol
Bu gün, 16:00

Nigeriyalı futbolçu Favaz Abdullahi Azərbaycandan təklif aldı

Digər
Bu gün, 15:47

İlk dəfə təyyarəyə minənlər, küçə futbolundan DÇ-yə yüksələnlər: Bakıda U-15 mundialının duyğulu hekayələri - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 15:40

"Çelsi" və "Mançester Yunayted" "Komo"nun argentinalısını transfer etmək istəyir

Digər
Bu gün, 15:32

Kayl Uoker məşhur döyməsini sildirəcəyi barədə zarafat edib - FOTO

Digər
Bu gün, 15:28

Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Vengeri keçdi

Futbol
Bu gün, 15:23

Kapello “İnter”in “Şaxtyor”a qarşı ilk hissədəki passiv oyununu tənqid edib

Futbol
Bu gün, 15:20

Palmeyras Copa Libertadores'in ilk finalistı oldu

Futbol
Bu gün, 15:11

Emil Balayev “Neftçi”nin məşqlərinə qayıtdı və oyun üçün hazırdır

Digər
Bu gün, 14:40

Almaniya millisinin sabiq baş məşqçisi "Mançester Yunayted"i çalışdıra bilər

Digər
Bu gün, 14:39

Qalatasaray - Fənərbağça oyununun baş hakimi açıqlanıb

Qarabağ FK
Bu gün, 14:27

Şahin Diniyev “Sabah” - “Qarabağ” oyununda favoritini açıqladı

Oxşar xəbərlər