top
Sevinc Cəfərzadə Qarabağ səfərindən və Xankəndi stadionunda oyun keçirmək arzusundan danışıb Idman.biz
22 avqust 2025, 13:28
- ↺ +

Sevinc Cəfərzadə Qarabağ səfərindən və Xankəndi stadionunda oyun keçirmək arzusundan danışıb

"Öncə qeyd etmək istəyirəm ki, o yerlərdə olmaq bizi yalnız qürurlandırmadı, həm də kədərləndirdi. Çünki orada şəhidlərimizin izləri var. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadə "Zəfər yolu" sosial layihəsi çərçivəsində işğaldan azad olunmuş torpaqlara səfər etmələri barədə danışarkən deyib.

Yığmanın hücumçusu səfər təəssüratlarını bölüşüb: "1-ci Qarabağ müharibəsində əsir düşmüş soydaşlarımızın çıxışlarına baxmışam. Onların danışdıqlarını eşitmiş, Qarabağda xalqımızın başına gətirilən dəhşətli hadisələri vətəndaş olaraq yaxından izləmişəm. Orada olduğum müddətdə gözümün önündə həmin anlar, eləcə də xüsusi təyinatlılarımızın Şuşanın azad edilməsi zamanı qayalara əlləri ilə dırmaşaraq döyüşmələri canlanırdı. Bu, çox əzəmətli və qürurverici hissdir. Füzuli və Ağdam rayonlarında erməni vandalizminin izləri açıq-aşkar görünür. Deyərdim ki, həmin torpaqların hətta ağacları da ermənilər tərəfindən talanıb. Bunu görmək hər birimizi dərindən üzür. Amma sevindirici haldır ki, Prezident İlham Əliyevin göstərişi ilə Qarabağda bərpa işləri gedir, oraya həyat qayıdır. Yeni salınan kəndləri, insanların qayıdışını görmək qürurvericidir. Orada həm də doğmalıq və mehribanlıq hiss etdim. Biz çox güclü və mərd xalqıq. İstənilən sahədə özümüzü sübut etmişik. Bəzən zaman tələb olunur, amma biz həmişə istəyimizə nail olmuşuq. Xalq olaraq ən böyük qələbəmiz isə Qarabağın işğaldan azad edilməsidir".

O, milli komandanın yaxın zamanda Xankəndi şəhər stadionunda oyun keçirəcəyinə ümid etdiyini söyləyib: "Bu, bizim ən böyük arzularımızdandır. Ümid edirəm ki, səlahiyyətli qurumlar yığmanın oyunlarının Qarabağda – Xankəndidə keçirilməsi üçün dəstək göstərəcək. Sonda bizə bu qələbəni yaşadan, torpaqlarımızı geri qaytaran, sağlamlığını, qanını, canını bu yolda fəda edən hər kəsə minnətdarlığımı bildirirəm".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər